"Avropada investisiyalardan ən çox qazanc əldə edən silah zavodlarıdır..."
Roma Papası Fransisk Ukrayna müharibəsini şərh edəkən bəyan edib ki, sülh haqqında danışıb, eyni zamanda silahlanmaq riyakarlıqdır.
Moderator.az xəbər verir ki, bu barədə o, Argentinanın "Orbe 21" telekanalına müsahibəsində bəyan edib. Məlumatı "The Watican News" nəşri yayıb.
"Məni narahat edən odur ki, beynəlxalq təşkilatıarın sülhə çoxsaylı çağırışları qulaqardına vurulur. Burada gizli riyakarlıq var: biz sülhdən danışıb, müharibəni silahlandırırıq", - pontifik deyib.
Fransisk Ukraynaya silah tədarük etməkdə davam edən Avropanı riyakarlıqda ittiham edib. O, qeyd edib ki, Avropada investisiyalardan ən böyük qazanc əldə edən silah zavodlarıdır.
"Biz konfranslar və görüşlər keçiririk, lakin qətllər üçün silah istehsal etməkdə davam edirik", - Roma Papası hesab edir. O, əlavə edib ki, hətta "müharibədən ümumi özünüməhvetmə meylini" görür.
"Təcili olaraq sülh sazişinə ehtiyac var, lakin söhbət sülhdən gedəndə ikinci dərəcəli musiqi altında rəqs etməyə başlayırlar", - Fransisk deyib və əlavə edib ki, gənc ukraynalıların cəbhəyə göndərilməsindən narahatdır: "Belə alınıb ki, onlarda oğlanların sayı azdır, Rusiyada isə çoxdur".
O, həmçinin bəyan edib ki, liderlərdə "şəxsi etika" çatışmır. Bu barədə pontifik prezident Vladimir Zelenskinin sosial şəbəkələrdə Rusiya diktatoru Putinin Ukraynaya "Oreşnik" raketi ilə "texnoloji duel" təklif edəndən sonra onun ünvanına təhqiramiz ifadə işlətdikdən sonra danışıb.
Bundan başqa, inanclı insanlara müraciət edərək Fransisk yenidən Milad atəşkəsi barədə xatırladıb:
"Əzab çəkən Ukraynanın şəhərləri hələ da atəşlərə məruz qalır, nəticədə məktəblər, xəstəxanalar, kilsələr dağıdılır. Qoy silahlar sussun və Milad mahnısı səsləsin! Gəlin, Milad bayramında bütün cəbhələrdə-Müqəddəs Torpaqda, Ukraynada, Yaxın Şərqdə və bütün dünyada atəşin dayandırılması üçün dualar edək".