"Bu günlər təkcə Ukraynanın suverenliyi və müstəqilliyi deyil, Avropanın özünün uzunmüddətli təhlükəsizlik maraqlarının taleyi həll edilir..."
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminədək Ukrayna və onun avropalı müttəfiqləri bir neçə kritik həftəyə qədəm qoyur.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr yazır ki, bu həftələrdə bir çox şeylərin taleyi həll ediləcək. Bu, təkcə Ukraynanın suverenliyi və müstəqilliyi deyil, həm də Avropanın özünün uzunmüddətli təhlükəsizlik maraqlarıdır.
"Tramp dəfələrlə bəyan edib ki, yanvarın 20-də keçiriləcək andiçmə mərasiminin "ertəsi günü" müharibəyə son qoyacaq. Tramp komandası və müttəfiqlərinin seçkiöncəki ritorikası onu güman etməyə əsas verir ki, o, Ukraynanı Moskvaya son dərəcə sərfəli olan sülh sazişini imzalamağa vadar edə bilər və ya ümumiyyətlə Kiyevdən imtina edə bilər", - məqalədə deyilir.
Avropa liderləri çoxdandır ki, heç bir nizamlanmanın ukraynalıların "başı üzərindən" zorla yeridilməməli olduğunu bəyan edir. Bu, onların özlərinə də aiddir.
"Avropa güc vasitəsilə özünə danışıqlar masasına yol açmaq üçün heç də yaxşı vəziyyətdə deyil. Makronun əli Fransada siyasi ifliclə zəifləyib. Almaniya federal seçkilərlə məşğuldur və yayın əvvəlinədək yeni hökumət formalaşmaya bilər. Artım istənilən halda zəifdir, dövlət maliyyəsi isə hər yerdə gərgindir", - nəşr yazıb.
Qeyd edilir ki, avropalılar Ukraynada istənilən dinc nizamlanmaya öz tövhəsini vermək üçün var gücü ilə cəhd göstərir. Macarıstan və Slovakiyadan başqa, Avropa İttifaqının üzv-dövlətləri Böyük Britaniya və Norveçdəki müttəfiqləri ilə birgə Ukraynaya dəstəyin saxlanılmasına tərəfdardır.
Bəzi avropalı məmurlar deyir ki, Avropanın Ukraynaya dəstək verməyə hazır olduğunu dəqiq bəyan etmək vacibdir. Onların arasında Estoniya müdafiə naziri də var. Makron da həmçinin hesab edir ki, Avropa öz təhlükəsizliyi üçün üzərinə daha çox məsuliyyət götürməlidir.
Üstəlik, Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq Amerikanın uzaqvuran silahlarından Rusiya ərazisinə zərbələr üçün Ukraynaya icazə verilməsini dəstəkləyib. O, bəyan edib ki, bu, yeni prezidenin Moskvaya təsir etmək üçün əlində alət olacaq.