Ekskluziv
627
15:46, Bu gün

"Tramp ABŞ-ın Ukraynaya hərbi yardımla bağlı fikrini dəyişib" - "Financial Times"

 
"Tramp eyni zamanda NATO müttəfiqlərindən müdafiə xərclərini ÜDM-in 5 faizinədək artırmağı tələb edəcək..."
 
ABŞ-da prezident seçkiləri zamanı Donald Tramp ukraynalıları Amerikanın hərbi yardımından məhrum edəcəyini vəd edib, amma indi öz baxışlarını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, Donald Trampın komandası avropalı məmurlara ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirəcəyini planlaşdırdığı barədə məlumat verib.
 
Danışıqlardan məlumatlı olanların sözlərinə görə, bu ay Trampın xarici siyasət üzrə ən yaxın köməkçiləri avropalılara önun niyyətlərindən danışıb.
 
Seçkiöncəki kampaniya zamanı Ukraynaya hərbi yardıma son qoyacağını və Kiyevi dərhal sülh danışıqlarına başlamağa vadar edəcəyini vəd etməsinə rəğmən, indi o, andiçmədən sonra Amerika silahının Kiyevə tədarükünü davam etmək niyyətindədir. 
 
Bununla birlikdə, Tramp NATO müttəfiqləri qarşısında müdafiə xərclərinin iki dəfədən çox artırmağı tələb edəcək. Əgər hazırda bu məqsədli göstərici ÜDM-in 2 faizini təşkil edirsə (həm də bu normaya Alyansın 32 üzvündən yalnız 23-ü əməl edir), Tramp bu həddi 5 faizədək qaldırmaq istəyir.
 
Nəşrin həmsöhbətlərindən biri deyib ki, Tramp, ehtimal ki, sonucda 3, 5 faizə də razılaşacaq. Bu zaman ABŞ-ın yeni prezidenti böyük müdafiəyə xərclərini ABŞ-la ticarətin daha əlverişli şəraiti ilə əlaqələndirəcək.
 
Tramp Ukraynaya dəstək haqqında
 
Xəbər verildiyi kimi, Norveç XİN rəhbəri Espen Bart Eyde bəyan edib ki, Tramp Ukraynaya hərbi yardım məsələsinə öz münasibətini dəyişib. Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti hazırda Amerikanın müttəfiqlərini daha çox dinləməyə başlayıb.
 
Həmçinin xəbər verildiyi kimi, Tramp Zelenskiyə müharibənin sülh danışıqları ilə başa çatdırılmasına hazırlaşmağı məsləhət görüb. Trampın sözlərinə görə, o, Ukraynanın dövlət başçısından "sülh istədiyi" barədə ismaıc alıb.
Link kopyalandı!
Son xəbərlər