"Ukraynada sülh sazişinin əldə ediləcəyinə ümid azdır, çünki Putin maksimalist mövqe sərgiləyir, Tramp isə Putinin qarşısında zəif, "quyruq bulayan" kimi görünmək istəmir..."
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və təcavüzkar Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin növbəti ildə görüşərək dünyanı təsir dairələrinə bölməyə cəhd edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb və hər iki siyasətçini "özünü təyin edən geosiyasi lider olan alfa-erkək" adlandırıb.
Nəşr yazır ki, Kremlin Ukraynaya təsirini gücləndirməyə, NATO-nu zəiflətməyə və Rusiya Federasiyasının qlobal dövlət kimi vəziyyətini möhkəmləndirməyə cəhd edən Moskva Trampın siqnalları, ambisiyaları və həssas yerlərini diqqətlə öyrənir.
Rusiyalı analitiklər amerikalı siyasətçisinin "geosiyasi sadəlövhlüyü", "diqqətinin yayınıq olması" və "beyninə deyil, intuisiyasına bel bağlamaq meylini" onun zəifliyi hesab edir.
Bundan başqa, Putin xəbərdar edib ki, Tramp, guya, təhlükəsiz vəziyyətdə deyil, bununla da onun ehtimal edilən qətlinə eyham vurur.
Lakin Prezidentlik və Konqresin öyrənilməsi Mərkəzinin baş vitse-prezidenti Coşua Xuminskinin sözlərinə görə, Tramp "dünyanın istənilən lideri kimi danışıqları güc mövqeyindən aparmağa çalışır". Amerikalı siyasətçi rusiyalı siyasətçi qarşısında "quyruq bulayan" kimi görünmək istəmir.
Trampın fikrincə, prezident Bəşər Əsədin devrilməsi Rusiyanın zəiflədiyini təsdiq edib. O, bəyan edib ki, "hərəkətə keçmək zamanı yetişib" və Putini Ukraynada atəşkəsə çağırıb.
Trampın ABŞ prezidenti seçkilərində qələbəsindən sonra Putin bəyan edib ki, yeni dünya düzəni "artıq yaxındadır". Onun sözlərinə görə, "qaydalara əsaslanan" əvvəlki dünya düzəni məhv edildikdən sonra "sərt və amansız mübarizə" davam edir.
Nəşr güman edir ki, Putin danışıqlarda Trampı "qaydalar və insan haqları olmayan" yeni dünya düzəninin yaradılmasına sövq etmək istəyəcək. Beləliklə, siyasətçilər dünyanı təsir dairələrinə bölməyi bacaracaq.
Burada Rusiya NATO üzvü olmayan Ukrayna, Gürcüstan və digər postsovet respublikaları üzərində nəzarətinə zəmanət əldə edəcək və Avropanın təhlükəsizliyini təhlükə altına qoyacaq.
Buna baxmayaraq, Putin Trampla öz şərtləri əsasında razılığa gələ bilməyəcəyi təqdirdə Kreml əvvəlkitək döyüşməyə davam edəcək, çünki Moskva Ukraynanın uzun müddət müqavimət göstərə bilməyəcəyini hesab edir.
Analitiklər hesab edir ki, sülh sazişinin əldə ediləcəyinə ümid azdır, çünki Putin maksimalist mövqe sərgiləyir, Tramp isə Rusiyaya güzəştə gedəcəyi halda zəif görünə biləcəyindən ehtiyat edir. Lakin bu iki liderin baxışlarının üst-üstə düşdüyü bir çox məqamlar var, nəşr yazır.
"Putin Qərb lideralizminə, ona Rusiyanın repressiyaları və insan haqlar kimi universal dəyərlər barədə mühazirə oxuyan xarici liderlərə dözümlü deyil. Trampın timsalında o, elə həmin amansız riyakarı görür.
"Bu, onun üstünlüyü öla bilər, çünki Putin Rusiyanı insan haqlarının dəyərləri olmayan, dünya nəhənglərinin xəritəni böldüyü və daha zəif ölkələrin suverenliyi ilə alver etdiyi yeni çoxqütblü dünya düzənində dünyanın böyük dövlətinə çevirməyə can atır", - nəşr yazıb.