Gürcüstan hakimiyyəti Avropa İttifaqının tələbilə
Ekskluziv
492
20 Dec 2024 | 22:33

Gürcüstan hakimiyyəti Avropa İttifaqının tələbilə "xarici agentlər" haqqında qanuna yenidən baxacaq

"Gürcüstana maliyyə dəstəyi yalnız Avropa İttifaqının prinsiplərinə uyğun gəlməyən qanunları ləğv edəcəyi və demokratik inkişaf yoluna dönəcəyi təqdirdə bərpa edilə bilər..."
 
Gürcüstan hakimiyyəti Avropa İttifaqına Qərbin narazılığına səbəb olan xarici təsir haqqında qanuna müəyyən düzəlişlər edəcəyini vəd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "topwar.ru" nəşri yazıb.
 
Məlumatda deyilir ki, rezonansa səbəb olan qanuna yenidən baxılması ilə Avropa İttifaqı Şurası ilə birgə qrup məşğul olacaq.
 
Şuranın baş katibi Alena Bersenin sözlərinə görə, Gürcüstan hökumətinin rəhbəri İrakli Kobaxidze bundan başqa cari ilin sonunadək inzibati pozuntulara görə saxlanılan kütləvi iğtişaşların iştirakçılarının hamısını azad etməyi vəd edib. Berse həmçinin Tbilisinin belə prosesləri digər istiqamətlərdə də davam edəcəyinə ümid etdiyini bildirib.
 
Bundan öncə Gürcüstan hökumətinin xarici təsirin şəffaflığı və LGBT təbliğatının (Rusiyada qadağan edilmiş ekstremist hərəkat) qadağan edilməsi barədə qəbul etdiyi qanunlar Avropa İttifaqı tərəfindən kəskin tənqidlərə məruz qalıb və Avropa İttifaqı Tbilisidən qanunvericilikdə Brüssel üçün məqbul olmayan dəyişiklikləri ləğv etməyi tələb edib.
 
Avropa İttifaqı öz tələblərini Gürcüstanın Avropaya inteqrasiyası prosesinin dayandırılması, maliyyə dəstəyinə son qoyması və bu ölkə vətəndaşları üçün viza rejiminin liberrallaşdırılmasını dayandırmaq təhdidləri ilə möhkəmləndirib.
 
Avropa Parlamentinin tribunasından çıxış edərək Avropa diplomatiyasının o zamankı rəhbəri Jozep Borrel bəyan edib ki, Gürcüstana maliyyə dəstəyini Tbilisinin Qərbə uyğun gəlməyən qanunları ləğv edəcəyi və "demokratik inkişaf yoluna" dönəcəyi təqdirdə bərpa etmək mümkündür.
 
Bundan başqa, Avropa İttifaqı ölkələrinin Tbilisidəki səfirləri prezident seçkilərindən sonra paytaxtda baş vermiş  kütləvi iğtişaşlarda iştirak edib.
Link kopyalandı!
Son xəbərlər