Ekskluziv
609
14:46, Bu gün

"Baydenin ehtiyatlı və qətiyyətsiz davranışı Ukraynanı qələbə şansından məhrum edib" - "Blomberg" 

 
"Bayden administrasiyası Ukraynanın qələbəsi üçün şərait yaratmaq əvəzinə, Rusiyanı çəkindirmək strategiyasını seçib..."
 
ABŞ-ın müttəfiqləri iddia edir ki, ABŞ prezidenti Co Baydenin strategiyası Ukraynanı qələbə şansından məhrum edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Bayden administrasiyasının Ukraynaya dəstək üçün resursları səfərbər etmək cəhdlərinə rəğmən, Kiyev və müttəfiq ölkə paytaxtlarında bəyan edilir ki, bunlar həddən artıq gecikmiş çabalardır. 
 
Onların fikrincə, hətta ABŞ-ın hərbi yardımı gücləndirilmək və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək cəhdləri şəraitində Ukrayna münaqişənin məcburi nizamlanma yoluna çıxıb.
 
"Heç şübhəsiz, onun ürəyi Ukraynanın yanında olub, o, Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizəsində dəstək göstərilməsinin vacibliyini anlayıb", - bunu Böyük Britaniyanın sabiq müdafiə naziri Qrant Şapps qeyd edib. "Lakin onun yanaşması çox vaxt ehtiyatlı və qətiyyətsiz olub, bu da qətiyyətli dəstək göstərilməsinin qarşısını alıb".
 
ABŞ-ın Ukraynaya 90 milyard dollar yardım daxil olmaqla xeyli səyləri qabaqcıl silah növlərinin tədarükündə ləngimələr səbəbindən həlledici üstünlük əldə etməyə imkan verməyib.
 
2022-ci ilin kritik məqamlarında, Ukraynanın strateji üstünlüyü zamanı Zelenskinin dərhal əlavə silah verilməsinə etdiyi çağırışlar Vaşinqtonun o cümlədən nüvə eskalasiyası ilə bağlı ehtiyatlı davranışı ilə üzləşib.
 
"Prezidentin həm də bir unikal vəzifəsi var, bu da Ukraynaya müdafiə üçün mümkün olan hər şeyi vermək, bu zaman nüvə dövlətləri arasında birbaşa münaqişədən çəkinməsidir", - bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
 
Ekspertlərin fikrincə, Bayden administrasiyası faktiki olaraq Ukraynanın qələbəsi üçün şərait yaratmaq əvəzinə, Rusiyanı çəkindirmək strategiyasını seçib. Bu yanaşma uzunmüddətli münaqişəyə gətirib çıxarıb, on minlərlə insan həyatı bahasına başa gəlib və Kiyevin perspektivlərini şübhə altına alıb.
 
"Rusiyalı hərbçilər həqiqətən çox ağrılar yaşayır", - bunu 2022-ci ilin noyabrında ABŞ Qərargah rəisləri Birləşmiş Komitəsinin o zamankı sədri Mark Milli deyib. "Siz özünüz güclü, opponentiniz zəif olanda danışıqlar aparmaq istəyirsiniz".
 
Lakin o zaman danışıqlara çağırışlar diskusiyadan kənarda qalıb, çünki Qərbin rəsmi şəxsləri iddia edib ki, danışıqların nə zaman aparılması məsələsinə yalnız prezident Zelenski qərar verməlidir.
 
Müasir silahlar, məsələn, HHM sistemləri, uzaqmənzilli raketlər və qırıcıların verilməsində ləngimələr Ukrayna üçün vəziyyəti mürəkkəbləşdirib. Kiyevin bu qərarları gözlədiyi zaman Rusiya Ukraynanın energetika infrstrukturuna atəşləri gücləndirib, bununla da onun iqtisadiyyatını zəiflədib və əhalisinin mənəvi ruhunu sarsıdıb.
 
Bəzi müttəfiqlərin fikrincə, Baydenin nüvə eskalasiyası ilə bağlı narahatlıqları şişirdilmiş olub. Bu zaman Putin bundan istifadə edərək müdafiəsini gücləndirib, bu da Ukrayna üçün vəziyyəti mürəkkəbləşdirib.
Link kopyalandı!
Son xəbərlər