Putini darıxmağa qoymurlar: Məzuniyyətə gələn işğalçı əsgər qızını öldürdü, oğlunu, arvadını yaraladı, özünü də pəncərədən atdı...
Ekskluziv
1202
07:55, Bu gün

Putini darıxmağa qoymurlar: Məzuniyyətə gələn işğalçı əsgər qızını öldürdü, oğlunu, arvadını yaraladı, özünü də pəncərədən atdı...

İşğalçı ailəsi üçün o qədər darıxıb ki, onları Yakutiyadan Rostova dəvət edib və orada bıçaqla doğrayıb...
 
Rusiya Federasiyasında döyüş bölgəsindən bir həftəlik məzuniyyət alan Yakutiyadan olan işğalçı 14 yaşlı qızını bıçaqlayaraq öldürüb, həyat yoldaşını və oğlunu yaralayıb və intihar edib.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın “Mediazona” nəşri yazır.
 
İşğalçı ailəsi ilə görüşmək üçün bir həftəlik məzuniyyət götürüb. Bu müddət ərzində onun evə gəlib qayıtmağa vaxtı olmadığı üçün qohumları özləri Yakutiyadan Rostova gəliblər. Müharibə cinayətlərinə görə aldığı pulla həyat yoldaşının, 14 yaşlı qızının və 10 yaşlı oğlunun yol xərclərini ödəyib.
 
Ailə kirayə mənzildə “ənənəvi” içki məclisi keçirib. Yaralarına görə alkoqolun qadağan edilməsinə rəğmən işğalçı doyunca içib. Mübahisə zamanı hərbi cinayətkar 14 yaşlı qızına hücum edib. O, ona təxminən altı bıçaq zərbəsi endirib. Qız dərhal ölüb.
 
Affekt vəziyyətində olan Putin əsgəri  oğlunu və arvadını bıçaqlamağa başlayıb. Arvadı yaralansaq da, qonşulara qaçıb kömək istəyə bilib.
 
İşğalçının 10 yaşlı oğlu və uşaqlarınm anası kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Putinin "qəhrəman" əsgəri isə özü intihar edib.
 
Qeyd edək ki, Rusiya Federasiyasında Ukraynaya qarşı müharibədən qayıdan “xüsusi hərbi əməliyyatlar" "qəhrəman"larının yeni cinayətlər törətməsi halları adi hala çevrilib.
 
Belə ki, Rusiya Federasiyasında "vaqner"çi məhbus bir qızı zorlayıb və izlərini gizlətmək üçün başqasının avtomobilini yandırıb. Partnyorunu öldürməkdə təqsirli bilinən başqa bir Vaqner məhbusu Ukraynaya qarşı müharibədən Rostova qayıdıb və yenidən başqa bir qadını vəhşicəsinə qətlə yetirib. Moskvada digər bir "vaqner"çi miqrant başqa bir işğalçının 14 yaşlı qızına təcavüz edib.
 
Başqa bir işğalçının müharibədən qayıdaraq 10 yaşlı ögey qızını həyat yoldaşının gözü qarşısında zorladığı da bildirilib.
Link kopyalandı!
Son xəbərlər