"İsrailin sionist rejimi kütləvi qətllərlə regionda qeyri-sabitlik yaymaq istəyir..."
İslam ölkələri birləşməli və sionist rejimin təcavüzünə qarşı çıxmalıdır.
Moderator.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci sammitində çıxışı zamanı bəyan edib. Məlumatı İranın "Mehr" informasiya agentliyi yayıb.
"Bizim dini, hüquqi və insani borcumuz regionda böhranlı vəziyyətin bundan sonra da müsəlman qardaşlarımıza zərər vurmasının qarşısını almaq üçün daha praktiki və təxirəsalınmaz tədbirlərin görülməsindən ibarətdir", - o, bəyan edib. "İsrailin sionist rejimi kütləvi qətllərlə regionda qeyri-sabitlik yaymaq istəyir", - Pezeşkian deyib.
Daha sonra o, ümid etdiyini ifadə edib ki, Misirin D-8 təşkilatında sədrlik etdiyi zaman "biz təşkilat üzvləri arasında dostluq və qardaşlığın dərinləşməsinin, habelə çoxtərəfli əməkdaşlığın genişlənməsi prosesində ciddi addımların şahidləri olacağıq".
Pezeşkian müsəlman ölkələrinin gənc nəslinə millətlərin rifah halının yüksəldilməsi üçün investisiya qoyulmasına çağırış edib.
O, qeyd edib ki, İran D-8 birgə bankının yaradılmasının əsasının qoyulmasına hazırdır. O, həmçinin D-8 ölkələri arasında ticarət həcminin artırılmasına çağırış edib. Pezeşkian yeni texnologiyalar, o cümlədən süni intellektin D-8 ölkələrinin daha yaxşı gələcəyinin qurulması üçün vacibliyini qeyd edib.
Qeyd edək ki, bu, İran prezidentinin on ildən çox müddət ərzində Misirə ilk səfəridir. "Misir və İran arasında münasibətlər bütövlükdə son onilliklər ərzində gərgin olub, lakin hər iki ölkə ötən il Qəzza bölgəsində böhran başlananda yüksək səviyyədə diplomatik təmasları fəallaşdırıb, çünki Misir vasitəçilik rolunu oynamağa cəhd edib", - Pezeşkian bəyan edib.
Xarırladaq ki, 17-19 dekabrda Misirdə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci sammiti keçirilib. Sammitin mövzusu "Gəncliyə investisiyalar və gələcəyin iqtisadiyyatını formalaşdıracaq kiçik və orta müəssisələrə dəstək" adlanıb.
D-8 təşkilatı 1997-ci ildə təsis edilib, buraya İslam Əməkdaşlıq Təşkilatının əsas ölkələri-Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyə daxildir.
İndoneziya XİN nümayəndəsi Rolliansya Soemirat sammit ərəfəsində deyib ki, D-8 təşkilatının Qlobal Cənub ölkələrinin dünya ictimaiyətinin əvvəlkitək İsrailin işğalı altında olan Fələstinfə, xüsusilə Qəzzadakı vəziyyət barədə məlumatlandırılmasının yüksəldilməsi üzrə birgə səylərində getdikcə daha mühüm rol oynayır".