Ekskluziv
766
17:00, Bu gün

"Suriya dünya üçün təhlükə törətmir" - Əl-Culani

 
"Biz Əsəd rejiminin qurbanlarıyıq, qurbanlarla təcavüzkar kimi davranmaq olmaz..."
 
Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani bəyan edib ki, ölkə müharibədən tükənib və öz qonşuları və Qərb üçün təhlükə törətmir. O, Suriya üzərindən sanksiyaların götürülməsinə çağırış edib.
 
Moderator.az xəbər verir ki,  bu barədə o, Dəməşqdə "bbc.com" nəşrinə müsahibəsində bəyan edib.
 
Əl-Culani Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnən ildırım sürətli üsyana rəhbərlik edib. O, üsyançı alyansda "Həyat Təhrir əş-Şam" qruplaşmasının lideridir.
 
O, deyib ki, "Həyat Təhrir əş-Şam" terrorçu təşkilatların siyahısından çıxarılmalıdır. BMT, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir çox digər ölkələr bu qruplaşmanı terrorçu təşkilatlar siyahısına salıb. Qruplaşma 2016-cı ildə "Əl-Qaidə" təşkilatından ayrılaraq fəaliyyətə başlayıb.
 
Əl-Culani deyib ki, "Həyat Təhrir əş-Şam" terrorçu təşkilat deyil. "İdlibə baxın, onlar orada artıq yeddi ildir hakimlik edir. Onlar dinc sakinlərə və ya mülki rayonlara hücum etməyib. Əslində isə onlar özlərini Əsəd rejiminin qurbanları hesab edir. Üsyançıların liderinin sözlərinə görə, qurbanlarla təcavüzkar kimi davranmaq olmaz", - o, vurğulayıb.
 
Əl-Culani onun Suriyanı Əfqanıstana çevirməyə cəhd göstərmək istədiyi ilə bağlı şübhələri rədd edib. O, deyib ki, bu ölkələr müxtəlifdir, müxtəlif ənənələrə malikdir. Əfqanıstan tayfa cəmiyyətidir. Suriya isə başqa mentalitetə malikdir. O cümlədən, əl-Culani qadınların da təhsil alması zərurətinə inanır.
 
"Bizim İldibdə səkkiz ildən çoxdur universitetlər fəaliyyət göstərir. Düşünürəm ki, bu universitetlərdə qadınların sayı 60 faizdən çoxdur", - o, deyib.
 
Suriyada alkoqola icazə veriləcəyi ilə bağlı suala cavabında o, deyib: "Bir çox məsələlər var, mənim bu barədə danışmağa ixtiyarım yoxdur, çünki bunlar hüquqi məsələlərdir".
 
Əl-Culani əlavə edib ki, Suriyada yeni konstitusiyanın tərtib edilməsi üçün hüquqşünaslardan ibarət  yeni komitə yaradılacaq: "Onlar qərar verəcək, istənilən hakim və ya prezident isə qanuna əməl etməli olacaq".
 
Bütün müsahibə boyu mülki paltarda olan üsyançıların lideri zəifləmiş təsir bağışlayıb və onun qruplaşmasının öz ekstremist keçmişindən imtina etmədiyini düşünənləri sakitləşdirməyə çalışıb. 
 
Suriyanın yeni rəhbərlərinin ölkəni necə görməsi və ona necə rəhbərlik etmək istədiyi yaxın bir neçə ayda bəlli olacaq.
Link kopyalandı!
Son xəbərlər