"Medvedevin quldur təhdidlərindən yalnız çarəsizlik yağır..."
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib ki, Britaniyanın "The Times" qəzeti redaksiyasının bütün tərkibi Rusiyanın Ukrayna ilə müharibəsində qanuni hədəfidir.
Moderator.az xəbər verir ki, bu barədə "buziness-gazeta.ru" nəşri məlumat yayıb.
"Redaksiya məqaləsində bu alçaqlar İqor Kirillov və onun köməkçisini "qanuni müdafiə aktı" adlandırıb", - Medvedev qəzəbini ifadə edib.
O, jurnalistləri "yaramaz çaqqallar" adlandırıb, onların qorxaqcasına redaksiya məqaləsi arxasında gizləndiyini deyib və nəşrin rəhbərlərini təhdid edərək "be careful" (ehtiyatlı olmaq) olmağı məsləhət görüb, çünki "Londonda çox şeylər baş verə bilər".
Sabiq prezidentin qəzəbinə səbəb nəşrin Moskvada partladılan general İqor Kirillov haqqında məqaləsi olub. "The Times" qəzeti onu Ukraynanın qanini hərbi hədəfi adlandırıb.
Qəzet xatırladıb ki, bu general Böyük Britaniyanın sanksiyalar siyahısına salınıb, Ukraynada isə o, hərbi cinayətlərdə ittiham edilib. Nəşr generalın aradan götürülməsini "təhlükə altında olan dövlət tərəfindən qanuni müdafiə aktı" adlandırıb.
"Bu qətl təcavüzkara yönələn çeşidli zərbədir. Bu, bir çoxları dəyişikliklər ərəfəsində olan Qərb hökumətlərinin Ukraynaya ədalətli və özünümüdafiə müharibəsinin aparılmasında lazımi dəstək verilməsinin zəruriliyini göstərir", - nəşr bəyan edib.
Medvedev özünün "təhdidedici" postunda nəşrin məqaləsinə münasibət bildirərkən həmçinin məlumat verib ki, britaniyalı jurnalistlərlə bərabər, "Bandera Ukraynasına hərbi yardım göstərmək qərarı verən NATO ölkələrinin bütün vəzifəli şəxsləri" də Rusiyanın hərbi hədəfləridir".
Medvedevin boşboğazlığını Böyük Britaniya XİN rəhbəri Devid Lemmi şərh edib. Onun fikrincə, "Medvedevin quldur təhdidlərindən yalnız çarəsizlik yağır".
"Bizim qəzetlərimiz Britaniyanın ən yaxşı dəyərləri olan azadlıq, demokratiya və müstəqil düşüncəni təmsil edir. Mən qəzeti dəstəkləyirəm", - o, "X" sosial şəbəkəsində yazıb.
Britaniya baş naziri Kir Starmerin nümayəndəsi də Medvedevin postunu "çarəsizlik ritorikası" adlandırıb və məlumat verib ki, "Rusiydan fərqli olaraq, azad mətbuat Britaniya demokratiyasının əsasıdır".
"Biz Rusiya tərəfindən istəniln təhdidləri son dərəcə ciddi qəbul edirik. Hökumətin əsas vəzifəsi öz vətəndaşlarını qorumasıdır. Biz Britaniya ictimaiyyətini və mətbuat azadlığını müdafiə etmək üçün hər şeyi edəcəyik", - o, deyib.