Ekskluziv
264
13:40, Bu gün

"Zelenskini danışıqlara sövq etməyi yığışdırın, Putin danışmaq istəmir" - Kaya Kallas

 
"Rusiyanın imkanlarını və Ukraynaya dəstək verilməsində gücümüzü lazımınca dəyərləndirməliyik..."
 
Qərb ölkələri Ukrayna prezidenti Vladimir Zelenskini sülh danışıqlarına çağırış etməyə son verməlidir. Bunun əvəzinə Kiyevə təhlükəsizlik zəmanətləri üzrə öz vədlərinin gerçəkləşməsini təmin etməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas "Financial Times" nəşrinə müsahibəsində bəyan edib.
 
Avropa İttifaqının baş diplomatı vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin müharibəni dayandırmaq istəyinin olmadığı zaman Zelenskiyə sülhün müzakirəsi üçün təzyiq etməyin mənası yoxdur.
 
Kallas əlavə edib ki, Avropa İttifaqı liderlərinin Donald Trampın Ağ Evə dönüşü fonunda Kiyevin dəstəyə uyğunlaşmasına həsr edilmiş sammiti ərəfəsində bu mövzu müzakirə edilib.
 
"Putinin danışmaq istəmədiyi zaman Zelenskini danışıqlara sövq etməyin mənası yoxdur", - Kallas deyib. "Biz sülh olmadığı təqdirdə sülhməramlılardan danışa bilmərik. Nədən sakitlik yoxdur? Çünki Rusiya sülh istəmir".
 
Donald Tramp əvvəllər Ukraynaya hərbi yardımı dayandıracağı və Kiyevi atəşkəs barədə danışıqlara sövq edəcəyi barədə bəyan edib, bu da Avropa İttifaqı ölkələrini belə ssenarinin gerçəkləşəcəyi təqdirdə Ukraynaya dəstək strategiyasına yenidən baxmağa vadar edir.
 
"Bu gün Ukraynaya dəstək vermək sonradan müharibəyə dözməkdən ucuzdur. Mən onu nəzərdə tuturam ki, biz bununla bağlı dürüst olmalıyıq. Biz bu gün əslində nə edirik?" - Kallas soruşub.
 
Sammit ərəfəsində NATO baş katibi Mark Rütte Zelenski və bir sıra Avropa liderlərilə, o cümlədən İtaliya baş naziri Corciya Meloni və Almaniya kansleri Olaf Şoltsla görüşüb. Əsas müzakirə mövzusu Ukraynaya gələcək dəstək olub.
 
"Əgər biz indi gələcək sülh sazişinin necə olacağını öz aramızda müzakirə etsək, biz rusiyalılar üçün onu sadələşdiriəcəyik", - Rütte qeyd edib. "Mən hesab edirəm ki, biz bu məsələni müdrikcəsinə bağlamalıyıq".
 
Avropa İttifaqının sammitində Ukraynaya dəstəyin bu sözlərlə ifadə etmək planlaşdırılır: "Biz Ukraynaya nə qədər və hansı intensivlikdə zəruri olacaqsa, o qədər dəstək verəcəyik". Bəyanat layihəsində belə fikir də var: "Rusiya qalib gəlməməlidir".
 
Bununla yanaşı, Avropa ölkələri arasında qoşunların yerləşdirilməsi, uzaqmənzilli silahın verilməsi və ya Ukraynanın NATO-ya daxil olmasına dəstək kimi konkret yardım formaları ilə bağlı hələ də yekdillik yoxdur. Kallas bəyan edib:
 
"Ən böyük məsələ hansı təhlükəsizlik zəmanətlərinin olmasındadır. Bu, əslində nə deməkdir? Əgər qoşunlar olmayacaqsa, sizə hücum edəndə həqiqətən sizi müdafiə edən uzaqmənzilli silah olmayacaqsa, o zaman bu zəmanətlər nədən ibarətdir?"
 
Fransa prezidenti Emmanuel Makronun fevral ayında Avropa qoşunlarının Ukraynaya göndərilməsi ideyası ziddiyyətli münasibət yaradıb. Polşa baş naziri Donald Tusk açıq şəkildə bəyan edib ki, belə müzakirələr aparılmır, Almaniya və Avropa İttifaqının əsas ölkələri həmçinin bu ideyanı dəstəkləmir.
 
"Biz öz gücümüzü və Rusiyanın gücünü lazımınca dəyərləndirməliyik", - Kallas deyib. "Biz elə bu gün Ukraynanı gücləndirməliyik, çünki onlar döyüş meydanında nə qədər güclü olsalar, danışıqlar masası arxasında bir o qədər güclü olacaq", - Kallas bəyan edib.
Link kopyalandı!
Son xəbərlər