Fələstinlilər ABŞ Dövlət Departamentini məhkəməyə verib
Ekskluziv
256
00:21, Bu gün

Fələstinlilər ABŞ Dövlət Departamentini məhkəməyə verib

"Dövlət Departamenti yalnız bir ölkəyə qarşı "şəri görmürəm, şəri eşitmirəm" siyasətinə əməl edir, bu da İsraildir..."
 
Qəzza bölgəsi, habelə İudeya və Samariya sakinləri ABŞ Dövlət Departamentini HƏMAS-a qarşı müharibəsində İsrailə dəstək verdiyinə görə məhkəməyə verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın ərəb dünyasında demokratiya və insan hüquqlarına tərəfdar olan "Democracy for the Arab World Now" ictimai təşkilatı məlumat verib. Məlumatı "Reuters" agentliyi yayıb.
 
Kolumbiya dairəsi Məhkəməsində Qəzza, İudeya və Samariya və ABŞ-dan olan beş nəfər sakini iddia qaldırıb. İddianın təşəbbüskarı Qəzzadan olan müəllimdir, o, cari müharibə zamanı yeddi dəfə yaşayış yerini dəyişib və ailə üzvlərindən 20 nəfəri itirib.
 
Sənəddə deyilir ki, Entoni Blinken başda olmaqla ABŞ Dövlət Departamenti Qəzza bölgəsində və İsrail tərəfindən işğal edilmiş İordan çayının Qərb sahilində vəhşiliklər törədən israilli hərbçiləri maliyyələşdirmək və onlara dəstək vermək məqsədilə ABŞ-ın insan haqları barədə qanunundan (Lihi qanunu) qəsdən yan keçib.
 
1999-cu ildə ABŞ-da qəbul edilən Lihi qanunu Dövlət Departamenti və Pentaqona cəzasızlıq şəraitində insan haqlarını pozan xarici hərbi bölmələrə yardım göstərməyi qadağan edir.
 
"Dövlət Departamenti tərəfindən Lihi qanunun icra edilməməsi İsrail tərəfindən Qəzzada 7 oktyabr 2023-cü ildə müharibə başlanandan insan haqlarının kobud surətdə pozulmasının misli görünməmiş eskalasiyası fonunda xüsusilə şokedicidir", - iddiada deyilir.
 
İddiaçılar İsrail Müdafiə Ordusunun insan haqlarının pozulması sahəsində təqsirinin tamamilə sübuta yetirildiyini hesab edir və qəddar İsrail ordusunun cinayətlərinin uzun siyahısını bu ardıcıllıqda göstərib: işgəncələr, uzun müddət ittihamlar irəli sürmədən həbsdə saxlanılma, zorən yoxa çıxmalar, yaşamaq, azadlıq və təhlükəsizlik hüququnun inkar edilməsi, soyqırım, çeşidsiz və qəsdən adamöldürmə, həyat üçün zəruri olan şeylərdən, o cümlədən qida, su, yanacaq və dərmanlardam məhrum edilmə.
 
Daha sonra fələstinlilər 94 bənddə Dövlət Departamentinin hüquq pozuntusunun nədən ibarət olduğunu izah edir və yalnız bir şeyi tələb edir, bu da Dövlət Delartamentinin Lihi qanununu icra etməsidir.
 
"Dövlət Departamenti yalnız bir ölkəyə qarşı "şəri görmürəm, şəri eşitmirəm" siyasətinə əməl edir, bu da İsraildir", - bunu təşkilata Dövlət Departamentinin sabiq əməkdaşı və Senatın xarici işlər üzrə Komitəsinin sabiq baş elmi əməkdaşı, Lihi qanununun qəbuluna kömək edən Stiven Rikard bəyan edib.
Link kopyalandı!
Son xəbərlər