“Şimali Koreya əsgərləri Ukrayna müharibəsinə qədər sərt və yenilməz hesab edilirdilər. Ən azından onlarla bağlı beynəlxalq aləmə ötürülən mesaj bundan ibarət idi. Lakin indi onlar Ukrayna-Rusiya müharibəsinin gedişatında “yumşaq və ölü” görünürlər”.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, Şimali Koreya əsgərlərinin Ukrayna-Rusiya müahribəsində iştirak edəcəkləri ilə bağlı ilkin informasiyalar meydana çıxanda, bu faktın cəbhədəki tarazlığı ciddi şəkildə pozacağı ehtimal edilirdi. Gözləntilərin çoxu bu yöndə idi ki, Şimaili Koreya əsgərləri öz sayları və “fərqli döyüş stilləri” ilə müharibənin taleyində dönüş yaradacaqlar. Lakin qısa müddətdən sonra məlum oldu ki, onların cəbhə xəttinə gəlişi prinsip etibarilə heç nəyi dəyişməyib. Sadəcə, indi cəbhə xəttində rus əsgərləri ilə yanaşı, Şimali Koreya əsgərlərinin də cəsədləri var və onlar nəyisə dəyişəcəkmiş kimi görünmürlər.
Məlumat üçün qeyd edək ki, bir müddət bundan öncə Şimali Koreya əsgərlərinin Ukrayuna ilə döyüşlərdə artıq ilk itkilərini verdiyi ilə bağlı məlumatlar yayılıb.
Seymur ƏLİYEV