Ekskluziv
557
16:20, Bu gün

"ABŞ və İsrail İlon Maskdan ehtiyat edir" - "The New York Times"

 
"Dərin dövlət xainləri muzdlu jurnalistlərlə manipulyasiya edir..."
 
ABŞ-da İlon Maska qarşı özünün xarici liderlərlə görüşləri ilə bağlı bəzi təfərrüatları açıqlamadığına görə üç federal təhqiqat aparılır. Onun "konfidensial materialları bölüşə biləcəyi ilə bağlı" narahatlıq var.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Məlumatda deyilir ki, təhqiqatlarda üç federal agentlik- Müdafiə Nazirliyi, Hərbi-Hava Qüvvələri və Kəşfiyyat və Təhlükəsizlik Ofisi iştirak edir.
 
Qeyd edilir ki, həmçinin onun "SpaceX" kosmik şirkəti dövlət sirrini qorumalı olan federal hesabatlılıq qaydalarına əməl etməyib. Maskın "SpaceX"-ə çox yüksək səviyyədə çıxışı var, bu da ona ABŞ-ın aparıcı hərbi texnologiyaları kimi məxfi məlumatlara çıxış əldə etməyə imkan verir.
 
İttihamlar sırasında xarici liderlərlə açıqlanmayan görüşlər, səfərlər barədə tam hesabatın olmaması, şəxsi həyatı barədə və narkotiklərdən istifadə haqqında, - bu isə hətta söhbətin dərmanlardan getdiyi zaman da mütləqdir, - məlumat verilmədiyi qeyd edilir.
 
Bütün bunlar barədə Mask "daimi yoxlama" adlanan proses daxilində məlumat verməlidir. Bu, administrasiyaya onun konfidensial informasiyaya çıxışının davam etdirməli olduğunu dəyərləndirməyə imkan verir.
 
Ümumilikdə, İsrail də daxll olmaqla, doqquz ölkə Maskın son üç ildə ABŞ Müdafiə Nazirliyi zabitlərinin görüşlərində iştirakı ilə bağlı öz narahatlığını ifadə edib. 
 
Hesabata görə, 2023-cü ilin əvvəlində ABŞ Müdafiə Nazirıliyi və İsrail Müdafiə Ordusu zabitləri arasında görüşdə Mask "proqnozlaşdırılmayan oyunçu" olub və o, İsrail barədə konfidensial məlumatı başqalarına ötürə bilər. Buna baxmayaraq, "SpaceX" şirkətinin İsrail ərazisində fəaliyyətinə icazə verilib.
 
Mask bu arasdırmalara aqressiv şəkildə münasibət bildirib. Özünün "X" platformasında o, bəyan edib ki, "dərin dövlət xainləri" "muzdlu jurnalistlərlə" manipulyasiya edir.
 
Buna baxmayaraq, təhlükəsizlik əməkdaşları onun konfidensial məlumatlarla davranışı və xüsusilə də sosial şəbəkələrdə məlumatlar dərc etmək vərdişi ilə bağlı narahatlıq keçirir.
 
Tramp administrasiyasında Mask hökumət müəssisələrinin "optimallaşdırıcısı" kimi yüksək vəzifə tutacaq, yəni daha çox məxfi məlumat əldə edəcək.
Link kopyalandı!
Son xəbərlər