Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb. Dövlət başçısı “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində vaxtiylə Ermənistandan qovulmuş soydaşlarımızın öz ata-baba yurduna qayıtmasının zəruriliyini vurğulayıb, onların bu hüququnun təmin edilməsinin önəminə diqqət çəkib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov, Qərbi Azərbaycana qayıdışın tarixi ədalətin bərpası baxımından da vacib olduğunu qeyd edib:
“Cənab Prezidentin vaxtaşırı olaraq Qərbi Azərbaycanla bağlı söylədiyi fikirlər neçə ildir ki, ardıcıl, intensiv şəkildə beynəlxalq təşkilatlara çatdırılır. Bununla bağlı iki böyük konfrans keçirilib. Dünyanın bütün yerlərindən görkəmli mütəxəssislər, elm xasdimləri bu konfranslarda iştirak ediblər.
Şübhəsiz, Qərbi Azərbaycandan olan insanların öz vətənlərinə qayıdışı təmin olunmalıdır. Bu, beynəlxalq standartlara söykənən bir hüquqdur. Vaxtiylə Qərbi Azərbaycandan zorla köçürülən insanlar var və onların sayı yüz minlərlədir. Onlar ya Moskvanın verdiyi qərar əsasında, öz iradələrinə zidd şəkildə bu ərazidən köçürülüb, ya da münaqişələr nəticəsində öz yurd-yuvalarıdnan məhrum olublar, doğma diyarlarından qovulublar. Bunların hamısı tarixdə qalıb. Bunu əksə etdirən çoxlu sayda sənədlər, sübutlar mövcuddur.
Bu qədər insanın öz doğma yurduna qayıdış hüququnun təmin olunmaması insanlığa zidd bir haldır və və beynəlxalq birliyin buna sona qədər laqeyd qalması mümkün deyil. Insanlarımızın ləyaqətli şəkildə öz doğma yurduna qayıtması hüququ var və bu hüquq təmin olunmalıdır.
Azərbaycan Prezidenti bu məsələyə çox diqqət göstərir. Xalqımız bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də öz prezidentinin arxasındadır və onu qətiyyətlə dəstəkləyir”.
Seymur ƏLİYEV