“Bu sahibkarlara güzəşt edilməli, ölkənin toxunulmaz təbəqəsi olmalıdır”- EKSPERT RƏYİ
Ekskluziv
1854
18 Dec 2024 | 10:00

“Bu sahibkarlara güzəşt edilməli, ölkənin toxunulmaz təbəqəsi olmalıdır”- EKSPERT RƏYİ

“Bir gün təbii resurslar tam bitəcək və o zaman bizə dərs deyən müəllim də, bizi qoruyan polis də, bizi sağaldan həkim də yalnız sahibkarların xaricdən ölkəyə qazandırdığı pul hesabına bizə dərs deyəcək, bizi qoruyacaq, bizi müalicə edəcək. Yəqin ki, kiminsənin cəsarəti çatıb, "mən əmək haqqı almadan həmişə işləyərəm, dərs deyərəm, qoruyaram, sağaldaram" deməz”
 
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
 
 
“Odur ki, ölkə daxilində yaratdığı məhsul və xidməti ölkə xaricinə sata bilən və ölkəyə pul gətirə bilən sahibkar cəmiyyətin ən toxunulmaz subyekti olmalıdır. 
 
Ölkənin iqtisadi inkişafı böyük ölçüdə belə sahibkarlardan, asılı olacaq. Mən Əhməddən alıb Məmmədə satan və ya xaricdən gətirib ölkəmizdə satan, eləcə də yeni dəyər yaratmadan fəaliyyət göstərən sahibkarları nəzərdə tutmuram. Mən istehsal, emal və xidmətlər sayəsində ciddi dəyər yaradaraq onu ixrac edən və həmçinin idxaldan asılılığı əvəz edə biləcək dəyər yaradan sahibkarları nəzərdə tuturam. Bu kateqoriyadan olan sahibkarlar ölkəmizin ən toxunulmaz təbəqəsi olmalıdır. Güzəştlərin də, dəstəyin də ən böyüyü və ən önəmlisi onlara yönəldilməlidir”.
 
 
Link kopyalandı!
Son xəbərlər