Suriyanın yeni hökuməti və Avropa İttifaqı Rusiya bazaları haqqında nə düşünür?
Ekskluziv
396
17 Dec 2024 | 22:35

Suriyanın yeni hökuməti və Avropa İttifaqı Rusiya bazaları haqqında nə düşünür?

"Biz Rusiyanın Suriyadan getməsini istəyirik..."
 
Rusiyanın Suriyada bu yaxınlardakı hərəkətləri birmənalı olmayıb və indi, Bəşər Əsəd rejimi devrildikdən sonra, Moskva buradakı iştirakına və maraqlarına yenidən baxmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin mətbuat katibi Obeyda Arnaut bəyan edib. Məlumatı "meduza.io" nəşri yayıb.
 
"Onların maraqları cinayətkar Əsəd rejimi ilə bağlı olub. Onlar yeni administrasiyaya müraciət etməli və Suriya xalqına düşmənçiliyinin olmadlığını göstərməli və Əsəd rejimi dövrünün başa çatdığını etiraf etmək təşəbbüsündə olmalıdır", - "Euronews" məlumat verib.
 
Məbuat katibinin sözlərinə görə, Rusiya hərbi gəmilərinin Suriya limanlarından çıxarılması və hərbi texnikanın yerdəyişməsi Kremlin həqiqətən də qoşunlarını çıxarması və ya bunun müntəzəm rotasiyalar olduğu barədə dəqiq təsəvvür yaratmır.
 
Eyni zamanda Avropa İttifaqı Suriyanın yeni hökumətindən Rusiyanın təsirindən və buna müvafiq olaraq Rusiyanın ölkədə hərbi iştirakından yaxa qurtarmağı tələb etmək niyyətindədir.
 
"Bu bazalar Afrikada və cənub qonşularla bağlı fəaliyyətdədir. Bu, həm də Avropanın təhlükəsizliyi ilə bağlı narahatlıq doğurur. Biz bu məsələni qaldıracağıq", - Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas deyib.
 
Niderlandın XİN rəhbəri Kaspar Veldkampın sözlərinə görə, Rusiya hərbi bazalarının bağlanması Bəşər Əsədə qarşı üsyana rəhbərlik edən, Avropada terrorçu təşkilat hesab etdiyi  "Həyat Təhrir əş-Şam" qruplaşması üzərindən sanksiyaların götürülməsinin şərti olmalıdır. "Biz Rusiyanın getməsini istəyirik", - o, bəyan edib.
 
Bu arada isə Moskva Suriyanın yeni hökumətini Rusiyanın əsas bazalarının saxlanılması və öz hərbi kontingentini oradan çıxarmaq niyyətində olmadığına inandırmağa cəhd edəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
 
Rusiya XİN əmin olduğunu bildirib ki, "ötən onilliklərdə iki ölkə xalqları arasında yaranan dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər bundan sonra da əməli şəkildə inkişaf edəcəkdir".
Link kopyalandı!
Son xəbərlər