"Baydenin Qərb raketlərilə Rusiya ərazilərinə Ukraynanın zərbələr endirməsimə icazə verməsi axmaq və yanlış qərardır..."
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması üzrə saziş bağlamağa hazırlaşmalıdır.
Moderator.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında bəyan edib. Məlumatı "kommersant.ru" nəşri yazıb.
Trampın sözlərinə görə, o, Ukraynanın dövlət başçısından "sülh istədiyi" siqnalını alıb. Ona görə də amerikalı siyasətçi bu məsələni Kreml diktatoru Vladimir Putinlə müzakirə etmək niyyətindədir.
Tramp həmçinin vurğulayıb ki, ABŞ prezidenti Co Baydenin Qərb raketlərilə Rusiya ərazilərinə Ukraynanın zərbələr endirilməsinə icazə verməsi "axmaq və yanlış" qərardır.
Mətbuat konfransında Tramp həmçinin deyib ki, Ukraynanın müvəqqəti işğaş edilmiş ərazilərində bir salamat bina belə yoxdur və insanlar oraya qayıtmayacaq. "İnsanların geriyə dönməyə yerləri yoxdur. Orada heç nə yoxdur, yalnız xarabalıqdır", - o, bəyan edib.
Bunu o, "Ukrayna öz ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməlidirmi?" sualına cavabında deyib. Onun sözlərinə görə, Ukraynanın müharibə nəticəsində zərər çəkmiş şəhərlərinin bərpasına 100 ilədək zaman tələb oluna bilər.
Tramp həmçinin etiraf edib ki, yanvarda keçiriləcək andiçmə mərasiminə Zelenskini dəvət etməyib: "Əgər o, gəlmək istəyirsə, mən onun burada olmasını istərdim. Mən demək istəyirəm ki, onu hələ dəvət etməmişəm".
Bundan öncə Ukraynanın sabiq XİN rəhbəri Dmitri Kuleba bəyan edib ki, Tramp tez bir zamanda Ukraynada sülh sazişi ilə bağlı razılaşma əldə edə bilməyəcək, çünki Ukrayna ilə Rusiya arasında "fundamental ixtilaflar" mövcuddur.
Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak isə deyib ki, Tramp tammiyaslı müharibəni "ədalətli sülhlə" bitirmək istəyir. "Bizim üçün də bu müharibəni ədalətli sühlə bitirmək, çox güclü hüquqi və işçi zəmanətlərə malik olmaq çox vacibdir".