Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiyada hazırda insanlıqla bağlı nə varsa, hamısına qarşı etinasız münasibət hökm sürür..."
Rusiyalı hərbçilər Ukraynaya qarşı döyüşlərdə iştirak edən Şimali Koreya əsgərlərinin itkilərini gizlətmək məqsədilə onların sifətlərini yandırmağa cəhd edir.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib. Məlumatı "currenttime.tv" nəşri yayıb.
Onun sözlərinə görə, Rusiya Şimali Koreya hərbçilərindən təkcə Ukrayna mövqelərinə hücumlar üçün istifadə etmir, həm də onların itkilərini riyakar üsulla gizlətməyə cəhd edir.
"Onlara məşq etdirilən zaman sifətlərini göstərmək qadağan edilib. Onların döyüşlərdə iştirakının istənilən videosübutlarını rusiyalı hərbçilər ləğv etməyə cəhd göstərib. İndi isə bizim oğullarımızla döyüşlərdən sonra rusiyalılar KXDR hərbçilərinin sifətlərini yandırmağa cəhd edir", - Zelenski bəyan edib.
İğalçıların belə davranışları "hazırda Rusiyada hökm etinasızlığın-insanlıqla bağlı nə varsa, hamısına qarşı etinasız münasibətin" nümayişidir, prezident əlavə edib.
O, həmçinin vurğulayıb ki, koreyalıların Putin uğrunda döyüşməyi və ölməyi üçün heç bir səbəb yoxdur.
"Hətta onlar həlak olandan sonra da Rusiyadan yalnız təhqiramiz hərəkətlər gözləyirəm. Bu ağılsızlığa son qoyulmalıdır, bunu etibarlı və uzunmüddətli sülh ilə, Rusiyanın bu riyakar müharibəsi üçün məsuliyyətə cəlb edilməsi yolu ilə dayandırmaq mümkündür", - Zelenski əlavə edib.