İrandan Suriya ilə bağlı son dəqiqə açıqlaması
Ekskluziv
654
14:15, Bu gün

İrandan Suriya ilə bağlı son dəqiqə açıqlaması

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Suriyada baş verən hadisələrlə bağlı açıqlama verib.
 
 O bildirib ki, İranın Suriyada ölkəni fəth etmək, hakimiyyət qurmaq və ya keçmiş imperiyaları canlandırmaq kimi bir məqsədi olmayıb: 
 
“İranın Suriyadakı mövcudluğu əsaslı və prinsipial olub. İranın Suriyadakı varlığı məsləhət xarakterli olub və heç vaxt müəyyən bir qrupu və ya fərdi müdafiə etmək məqsədi daşımayıb”.
 
İsrailin son 14 ayda Suriyaya qarşı hücumlarının artdığını bildirən Bəqai, İranın bir İslam ölkəsi olaraq, bu rejimin Suriya, Yəmən və digər ölkələrə qarşı cinayət və hücumlarını dayandırmaq üçün regional və qlobal səviyyədə hər fürsətdən istifadə etdiyini qeyd edib.
 
 O, hər bir hökumətin beynəlxalq hüquq normalarını və prinsiplərini qorumaq məqsədilə cinayət və təcavüzü dayandırmaq üçün gücünü istifadə etməklə məsul olduğunu vurğulayıb və bu məsələni İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər və Qahirə zirvəsi səviyyəsində gündəmə gətirəcəklərini bildirib. 
Bəqai həmçinin qeyd edib ki, İran və digər ölkələr Suriyanın təhlükəsizliyi, sabitliyi və ərazi bütövlüyü ilə bağlı ortaq narahatlıqlara malikdirlər və bu narahatlıqların paylaşılması, Dohada iştirak edən ölkələrin səyləri və narahatlıqları Suriyada belə bir vəziyyətin yaşanmasını əngəlləmək məqsədi daşıyırdı. 
Suriyanın İrana olan borclarının miqyasının şişirdildiyini bildirən Bəqai,  iki ölkə arasındakı ikitərəfli anlaşmaların qüvvədə olduğunu və növbəti hökumətə təhvil veriləcəyini qeyd edib. O, Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunması və hərtərəfli bir hökumətin qurulması üçün Suriyada sülh yolu ilə bir keçid dövrünün yaşanmasını ümid etdiklərini bildirib. 
İranın Şamda səfirliyini yenidən açmaq planlarına toxunan Bəqai  səfirliyin və personalının təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla hazırlıqların aparılmasının vacibliyini vurğulayıb və təhlükəsizlik və siyasi baxımdan zəruri şərtlər təmin edildikdən sonra bu işin davam etdiriləcəyini bildirib. 
Sonda Bəqai İranın Suriya ilə tarixi əlaqələrə malik olduğunu, onun üçün ən yaxşısını istədiklərini və siyasətlərinin bu istiqamətdə davam edəcəyini vurğulayıb.
 

Mehin Mehmanqızı

Link kopyalandı!
Son xəbərlər