Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstan xalqının xeyli hissəsi, eləcə də Avropa İttifaqı ölkələri tərəfindən prezident kimi tanınan Salome Zurabişvili Avropa Parlamentində çıxış etmək üçün dəvət olunub.
Moderator.az "Qruziya Onlayn" nəşrinə istinadla xəbər verir ki, bu, dünən, dekabrın 16-da Avropa Parlamentinin sədri Roberta Mezolanın bəyanatından məlum olub.
“Avropa Parlamenti artıq iki həftədir küçələrdə Avropanın gələcəyi üçün dinc və ehtirasla mübarizə aparan Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirir. Onlar AB bayraqlarını dalğalandırır və onlara qarşı su şırnaqlarından istifadə edirlər.
Gürcüstan vətəndaşları, sizləri görürük, eşidirik, yanınızdayıq. Biz müxalifətə qarşı repressiyaları və dinc etirazçılara qarşı güc tətbiqini qəti şəkildə pisləyirik. Biz buna cavabdeh olanları, o cümlədən səlahiyyətli şəxsləri dayanmağa çağırırıq. Biz bütün 27 ölkəni birləşməyə və tədbirləri razılaşdırmağa çağırırıq.
Biz prezident Salome Zurabişvilini Avropa Parlamentinə dəvət etdik. Onunla birlikdə bunun üçün hansı formatın daha yaxşı olacağını müzakirə edəcəyik”, - deyə Metsola bildirib.
Qeyd edək ki, "Qaynarinfo"-nun dünən yaydığı xəbərə görə, dekabrın 16-da Salome Zurabişvili Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə ölkədəki böhranın sülh yolu ilə həlli üçün Gürcüstanda yeni seçkilərin keçirilməsini müzakirə edib. Bu barədə Zurabişvili "X" sosial şəbəkəsində yazıb .
"Mən vurğuladım ki, böhrandan yeganə dinc çıxış yolu siyasidir, yeni seçkilərdir!” – Gürcüstan prezidenti bildirib.
Zurabişvili qeyd edib ki, Aİ gürcü xalqına və onun Avropa gələcəyinə dəstəyini davam etdirəcək.
S.Laçın