“Oranın daşı da, torpağı da, binaları da “Azərbaycan” hayqırır”
Ekskluziv
246
00:08, Bu gün

“Oranın daşı da, torpağı da, binaları da “Azərbaycan” hayqırır”

“Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır. Oranın daşı da, torpağı da, binaları da, arxitexturası da “Azərbaycan” hayqırır”.

 

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədov bildirib. Professor qeyd edib ki, ermənilərin bu torpaqlara ilk gəlişi XIX əsrə təsadüf edir:

 

“Qərbi Azərbaycanın vətənimizin bir parçası olduğu, XIX əsrdən etibarən məqsədli şəkildə erməniləşdirildiyi hər kəsə məlumdur. Əksəriyyətə məlumdur ki, XIX əsrin əvvəllərinə qədər bu ərazilərdə bir nəfər də olsun erməni olmayıb. Məhz XIX əsrin əvvəllərindən etibarən İran və digər ölkələrdən erməni ailələri böyük dövlətlərin himayəsi altında Qərbi Azərbaycanda yerləşdirildi. Zamanla onların bu torpaqlardakı sayını süni şəkildə artırmağa, bu torpaqları erməniəşdirməyə cəhd etdilər. Lakin bugünün özündə belə Qərbi Azərbaycandakı toponimlər, abidələr, tarixi binalar azərbaycançılıqdan xəbər verir. Bu faktlar bir daha göstərir ki, üstündən əsrlər keçsə də, Qərbi Azərbaycanın tarixi Azərbaycan torpağı olması faktı dəyişilməzdir və bundan sonra da dəyişilməz olaraq qalacaq”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər