ABŞ-da Nyu-York hava limanı naməlum PUA-lar səbəbindən bağlandı
Ekskluziv
270
15:58, Bu gün

ABŞ-da Nyu-York hava limanı naməlum PUA-lar səbəbindən bağlandı

 
"Donald Tramp naməlum dronları vurmağa çağırır, Co Bayden təlaş üçün səbəbin olmadığını iddia edir..."
 
ABŞ-ın Nyu-York ştatındakı Nyu-Uinsor şəhərinin "Stüart" hava limanı hava məkanında naməlum pilotsuz uçuş aparatlarının aktivliyi səbəbindən iki günə bağlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə region qubernatoru Keti Hokul məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Onun sözlərinə görə, dronlar səbəbindən hava limanı təxminən bir saata bağlanıb. Regionun rəhbəri Ağ Evə tədbirlər görməyə və üzərində naməlum pilotsuz uçuş aparatları görünən regionlara federal qüvvələr göndərilməsinə çağırış edib. 
 
O, həmçinin Federal Mülki Aviasiya İdarəsinə PUA-lar üzərində nəzarətin gücləndirilməsi öhdəlikləri ilə bağlı qanunun qəbul edilməsini tövsiyə edib. "Bu, artıq bütün hədlərin keçilməsidir", - Keti Hokul bəyan edib. Lakin Federal Mülki Aviasiya İdarəsi bəyan edib ki, belə aparatların buraxılışı qanuna zidd deyil
 
Qubernatorun çıxışı son aylar ABŞ-ın şimal-şərqində-Nyu-York, Merilend, Pensilvaniya və Konnektut ştatlarında naməlum pilotsuz uçuş aparatlar barədə tez-tez üzə çıxan məlumatlar fonunda səsləndirilib.
 
Belə PUA-lar haqqında ilk məlumatlar ötən ilin payızında üzə çıxmağa başlayıb. Belə ki, Nevada ştatında Energetika Nazirliyinin nüvə obyekti üzərində beş dron uçuşu barədə məlumat verilib. 2023-cü ilin dekabrında Virciniya ştatında "Lenqli" aviasiya bazası və "Norflok" hərbi-dəniz bazası üzərində 17 gün ərzində bir qrup dron görünüb. 
 
Ötən ayın ortalarından başlayaraq KİV-lərə və hakimiyyət orqanlarına naməlu  PUA-lar barədə çoxsaylı məlumatlar daxil olmağa başlayıb. Bu dövr ərzində təxminən beş min belə məlumat qeydə alınıb.
 
ABŞ-ın gələcək prezidenti Donald Tramp naməlum dronları vurmağa çağırış edib. Lakin indiki administrasiya təlaş üçün səbəb görmür. Ağ Ev bəyan edib ki, bu dronların "milli və ya ictimai təhlükə törətməsinin və ya xarici dövlətlərlə əlaqəsi olduğunun" sübutları yozdur.
 
Üstəlik, hakimiyyət bəyan edib ki, sirli PUA-lar tərəfindən təhlükələr "etimad doğurmur", bu zaman söhbətin adi təyyarələrdən getdiyinə istinad edilib.
 
Belə ki, Federal Təhqiqatlar Bürosu məlumat verib ki, noyabrın ortalarından əldə edilən beş min məlumatdan yalnız 100 məlumat xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi də buna təxminən belə münasibət bildirib.
 
Daxili Kəşfiyyat Nazirliyininin nümayəndəsi bəyan edib ki, aşkar edilən ''dronların" bir çoxu əslində pilotlu təyyarələrdir və yanlış olaraq PUA-lar kimi identifikasiya edilir, bu barədə "CBS News" nəşri məlumat verib.
 
Bu arada isə Nyu-Cersi ştatında Ouşen dairəsinin şerifinin ofisi iddia edir ki, öz dronunun köməyilə saatda 60 mil sürətlə uçan "qəribə pilotsuz uçuş aparatları" aşkar edib.
 
Naməlun dronlar barədə həm də alman KİV-ləri məlumat verib. Belə ki, ABŞ-ın Ramştayndakı mühüm sənaye obyektləri və aviasiya bazası üzərində görünən naməlum dronlar barədə məlumat daxil olub.
Link kopyalandı!
Son xəbərlər