“Suriya gözəlləri bütün ərəb Şərqində xüsusi olaraq seçilir... Heyf bu ölkədən...” 
Ekskluziv
376
12:02, Bu gün

“Suriya gözəlləri bütün ərəb Şərqində xüsusi olaraq seçilir... Heyf bu ölkədən...” 

“Birinci günhkarlar təbii ki, Bəşər Əsəd və ondan öncə prezident olmuş atası Hafiz Əsəddir... Bütün siyasi qüvvələrlə barış, orta məxrəc axtarıb tapmaq, qanunların aliliyinin təmin olunduğu bir dövlət yaratmaq əvəzinə, öz mənəmlik heysiyyatlarını uyaraq xalqı cəbrlə, zorla idarə edir və onun var-dövlət və sərvətlərini talayırdılar...”
 
“Mən hələ 1969-cu ildə tələbə ikən Suriyada olmuşam, ölkənin bir neçə şəhərini gəzmişəm.  Ümumi mənalarda götürəndə Suriya çox gözəl ölkədir,  Suriya xalqı çox gözəl xalqdır.  Dünyanın ən gözəl, zəhmətkeş, sadə xalqlarından biridir.  Suriya sakinləri zahirən də gözəldirlər, ağ dərilidirlər, çoxları mavi gözlü, qıvrım saçlıdırlar. Çünki bu xalq qədim olmaqla yanaşı, həm də bir çox Avropa və Asiya, Yaxın Şərq millətlərinin qarışığından formalaşıb. Suriya gözəlləri də Livan gözəlləri kimi bütün ərəb Şərqində xüsusi olaraq seçilir... Heyf bu ölkədən...” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında sovet dövründə neçə illər Yaxın Şərqin müxtəlif ölkələrində hərbi mütərcim kimi çalışmış, Suriyanı da gəzmiş politoloq Zərdüşt Əlizadə ifadə edib.
 
“Suriya faktiki parçalanıb və onu yenidən vahid bir formada bərpa etmək çox çətin məsələdir. Birinci günhkarlar təbii ki, Bəşər Əsəd və ondan öncə prezident olmuş atası Hafiz Əsəddir.  Ölkədə bütün siyasi qüvvələrlə barış, orta məxrəc axtarıb tapmaq, qanunların aliliyinin təmin olunduğu bir dövlət yaratmaq əvəzinə, öz mənəmlik heysiyyatlarını uyaraq xalqı cəbrlə, zorla idarə edir və onun var-dövlət və sərvətlərini talayırdılar. Nəticə də belə oldu ki, 53 illik Əsəd rejimi devrildi və ölkə də bugünkü viran vəziyyətə düşdü”,- deyə politoloq davamında təəssüflə bildirib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər