Ekskluziv
1423
15 Dec 2024 | 16:51

"Rusiyada vətəndaş savaşının əlamətləri görünür" - DTK-nın sabiq əməkdaşı

"Münaqişə baş verərsə, rus faşistləri qafqazlılar və müsəlmanlara hücum edəcək, bu da etnik təmizləməyə gətirib çıxaracaq..."
 
Rusiyada yaxınlaşan vətəndaş savaşının əlamətləri var və bunu Çeçenistan lideri Ramzan Kadırovun güc strukturları ilə münaqişəsi sübut edir.
 
Moderator.az xəbər verir ki, bu barədə DTK-nın sabiq əməkdaşı Sergey Jirnov "24tv.ua" nəşrinə müsahibəsində bəyan edib.
 
Sergey Jirnov qeyd edib ki, belə münaqişələr Rusiyada dini və etnik zəmində vətəndaş savaşına gətirib çıxara bilər. Onun fikrincə, bu, Putinin Ukrayna müharibəsinə diqqətini zəiflədə bilər, çünki ölkədə daxili toqquşmalar başlayacaq.
 
O, qeyd edib ki, Kadırov özünü prezident vəzifələrinin icraçısı kimi davranır və onun bəyanatları Rusiyanın milliyyətçi qüvvələrini qıcıqlandırır.
 
Jirnov hesab edir ki, münaqişənin baş verəcəyi təqdirdə rus faşistləri qafqazlılar və müsəlmanlara hücum etməyə başlayacaq, bu da tammiqyaslı etnik təmizləmələrə gətirib çıxaracaq.
 
Münaqişə Kadırovun ictimai asayişin pozulmasında təqsirli bilinən 13 yaşlı Müslüm Murdiyevə qarşı güc strukturlarının hərəkətlərini tənqid etməsi ilə başlanıb. 
 
Kadırov vurğulayıb ki, yüksək vəzifəli məmurlar öz işini layiqincə icra etmir və müsəlman miqrantlara qarşı repressiyalar həyata keçirir.
 
O, həmçinin ölkəyə gələnlərə qarşı hakimiyyətin hərəkətlərini pisləyib və bəyan edib ki, ölkədəki vəziyyət diqqət və düzəliş tələb edir, əks halda buna görə  "Uca Tanrının cəzası qaçılmaz olacaq".
Link kopyalandı!
Son xəbərlər