Ekskluziv
1448
15 Dec 2024 | 13:56

"Putinin qələbəsi ABŞ üçün Ukraynaya dəstəkdən yeddi dəfə baha başa gələcək" - "Foreign Affairs"

"Ukraynaya yardım hətta merkantil mülahizələrə görə düzgün maliyyə qərarıdır..."
 
Əgər Qərb ölkələri Ukraynaya yardımı dayandırarsa və o, məğlub olarsa, Moskvanın qələbəsi ABŞ və Avropa üçün xeyli baha başa gələcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Affairs" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Birləşmiş Ştatlara özünün müdafiəsi üçün xeyli investisiya tələb edən qlobal oyunçu olaraq qalmaq gərəkdir.
 
Jurnalistlər qeyd edir ki, Vaşinqton qeyri-leqal miqrasiya, dövlət borcunun maliyyələşməsi, Çinlə rəqabət, Yaxın Şərqdə müharibə ilə bağlı mövqeyini müəyyən etməlidir, bu da qlobal təhlükəsizliyi kifayət qədər proqnozlaşdırılmayan edir.
 
"Lakin yalnız Ukraynaya yardımın dəyərini düşünən amerikalılar bu məsələ barədə düzgün düşünmür. Onları Ukraynaya yardımın dəyəri narahat etməlidir. Sadəcə, indi, Birləşmiş Ştatlar Kiyevə yardım etməklə Rusiyaya Şərqi və Mərkəzi Avropanı birbaşa təhdid etməyə mane olur, bu da, heç şübhəsiz, ABŞ-dan daha çox resurslar tələb edəcək", - məqalədə deyilir.
 
Bundan başqa, Birləşmiş Ştatlar Rusiya ilə NATO arasında potensial müharibənin qarşısını ala bilər, bu da amerikalı hərbçilərin iştirakını tələb edəcək.
 
Jurnalistlər ABŞ-ın Rusiyanın Ukraynada qalib gələcəyi və öz qoşunlarını NATO sərhədləri yaxınlığında işğal edilmiş ərazilərdə yerləşdirəcəyi təqdirdə nə qədər bədəl ödəcəyini hesablayıb. Hazırda Ukraynaya yardım Vaşinqonun Avropanı rusiyalılardan müdafiə etmək üçün edəcəyi yardımın 14 faizindən azını təşkil edir.
 
Nəşr yazır ki, Konqres Ukraynaya yardıma 112 milyard dollar ayırıb, lakin Rusiyanın qələbə qazanacağı təqdirdə Avropanın müdafiəsi üçün büdcədə nəzərdə tutulduğundan 808 milyard dollar çox ayırmalı olacaq.
 
"Rusiyaya qalib gəlməyı icazə vermək Rusiyanın qələbəsinin qarşısını almaqdan yeddi dəfə baha başa gələcək. Deməli, Ukraynaya yardım, heç şübhəsiz, düzgün maliyyə qərarıdır", - nəşr yazıb.
 
Bundan başqa, vəsaitlərin xeyli hissəsi Birləşmiş Ştatların büdcəsinə daxil olur, çünki məhz burada ukraynalılar üçün silah istehsal edilir. Ona görə də Vaşinqton hətta merkantil mülahizələrə görə Kiyevə yardımı dayandırmamalıdır.
Link kopyalandı!
Son xəbərlər