Bu ölkədə sui-qəsdlərin kəskin çoxalması yeni iddiaya yol açdı: “Onlar dronla öldürülür!”
Ekskluziv
399
18:46, Bu gün

Bu ölkədə sui-qəsdlərin kəskin çoxalması yeni iddiaya yol açdı: “Onlar dronla öldürülür!”

ABŞ-da son illər baş verən sui-qəsdlərlə səmada müşahidə edilən dron axının miqyasının kəskin şəkildə artması yeni və qorxuducu iddialara yol açıb.

 

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, bu iki fakt arasında əlaqə tapmağa çalşan bəzi mütəxəssislər, sui-qəsdlərin böyük əksəriyyətinin dronlar vasitəsilə həyata keçirilə biləcəyi fikrindədir. Onlar iddia edir ki, sirli və izahı mümkünsüz olan sui-qəsdlərin artması fonunda “naməlum dron axınının” vüsət alması, bu iki məsələ arasında hansısa bağlılığın olduğunu göstərir.

 

Tanınması və təsbit edilməsi mümkün olmayan dronların çoxluğu ilə bağlı problem ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən də araşdırılmaqdadır. Bəzi mütəxəssislər dron axınının çoxalmasından narahat olmaq üçün heç bir əsas olmadığını bildirir. Digər qisim ekspertlər isə bildirir ki, naməlum bir obyektin heç bir təhdid təşkil etmədiyini iddia etmək yanlışdır və bu, problemə məsuliyyətsiz yanaşmanı göstərir.

 

Axşam saatlarında ABŞ səmasında müşahidə edilən dronların çoxluğu onların İran və ya Çinin “ana gəmisindən” qalxan dronlar olması ilə bağlı da iddiaları gündəmə gətirib. Hələlik məlum olan yeganə həqiqət isə, bu dronların mənbəyi və missiyası haqqında rəsmi səviyyədə heç bir yekun qənaətin mövcud olmamasıdır.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər