Rusiyanın iki regionunda ərzaq məhsulları talonla satılacaq
Ekskluziv
380
17:20, Bu gün

Rusiyanın iki regionunda ərzaq məhsulları talonla satılacaq

 
"Rusiyanın 2025-2027-ci illər üçün hərbi büdcəsi Afrikanın hərbi diktaturalarının səviyyəsinə çatıb..."
 
Rusiya Federasiyasının eyni zamanda iki regionunda yerli hakimiyyət ərzaq məhsullarına talon tətbiq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "argumentı.ru" nəşri məlimat verib.
 
Məlumatda deylir ki, Kalininqrad vilayətinin quberbatoru Aleksey Besprozvannıx regionda 2025-ci ildən sosial ərzaq kartoçkalarının tətbiq ediləcəyini elan edib. Onun sözlərinə görə, qida ilə təminatla bağlı belə tədbir "müdafiə edilməyən kateqoriyadan olan vətəndaşlara yönələcək".
 
Qubernator həmçinin etiraf edib ki, regionda qiymət artımı ilə əlaqədar olaraq "prinsipcə, bu gün özünə ərzaq almaq imkanı olmayan insanlar qrupu var".
 
Qiyməti aşağı salınan bir sıra məhsulları əldə etmək üçün ərzaq kartoçkaları ilk növbədə işləməyən təqaüdçülər və çoxuşaqlı ailələrə veriləcək. Lakin qubernatorun mətbuat xidmətinin katibi Məryəm Başkirovanın sözlərinə görə, sonucda belə kateqoriyadan olan vətəndaşların sıyahısı genişləndiriləcək. 
 
Rusiyanın ikinci regionu Kamçatkada aztəminatlı vətəndaşlara artıq talonlar paylanılır. Burada vətəndaşların vəziyyəti Kalininqrad vilayətinə nisbətən bir qədər yaxşıdır, ona görə də kartoçkalar yalnız bir məhsula-balığa tətbiq edilir. Bu zaman balıqçılıq və balıq ovu bu diyarın iqtisadiyyatının aparıcı sahələrindən biridir.
 
Yerli sakinlərin sözlərinə görə, hazırda yarımadanın mağazalarında bir kiloqramı 400 rubldan (təxminən 6 AzN) ucuz balıq tapmaq çətindir. Talonlarla isə balığın bir kiloqramını 100 rubla (1manat 60 qəpik) əldə etmək mümkün olacaq.
 
Noyabrın sonunda Rusiya Dövlət Duması 2025-2027-ci illər üçün ölkənin federal büdcəsini təsdiq edib. Müdafiə xərclərinə büdcədən rekord məbləğdə- 32, 5 faiz vəsait ayrılıb. Hərbi büdcə milli ÜDM-in 6, 2 faizini təşkil edərək Afrikanın hərbi diktaturalarının səviyyəsinə çatacaq (məsələn, Cənubi Sudanda bu göstərici ÜDM-in 6, 3 faizini təşkil edir).
 
Təqaüdlər və müavinətlərin daxil olduğu "Sosial siyasət"' maddəsində məsrəflər 16 faiz azaldılıb. Həmçinin səhiyyə və təhsilə ayrılan vəsaitlər də azaldılıb, lakin dövlət təbliğatı KİV-lərinin maliyyələşdirilməsinin artırılması nəzərdə tutulub.
Link kopyalandı!
Son xəbərlər