Ekskluziv
217
16:30, Bu gün

"ABŞ və İsrail arasında hərbi tərəfdaşlıq sarsılmazdır" - general Kurilla

 
"Səfər zamanı bir sıra strateji və regional təhlükələrə hazırlıq məsələləri müzakirə edilib..."
 
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri Yaxın Şərqə səfər edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co. il" nəşri yazıb.
 
Məlumatda deyilir ki, ABŞ-ın Yaxın Şərqdə  Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Maykl Kurilla 11-13 dekabr 2024-cü il tarixlərdə İsraildə səfərdə olub.
 
O, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Hersi Xalevi, müdafiə naziri İsrael Kats və digər yüksək rütbəli hərbçilərlə görüşüb. Tərəflər regional təhlükəsizlyin bir sıra məsələləri, o cümlədən Suriyada cari vəziyyət və digər strateji və regional təhlükələrə hazırlıq məsələlərini müzakirə edib.
 
General Kurilla Livandakı cari vəziyyət, İsrail ilə Livan arasında davamlı atəşkəs və döyüş əməliyyatlarının dayandırılması üzrə davam edən səyləri daha dərindən dərk etmək üçün Şimal Hərbi Dairəsi Qərargahını ziyarət edib. O, həmçinin İsrail HHQ "Nevatim" bazasını ziyarət edib, orada İsrail ordusunun unikal imkanları barədə məlumarlandırılıb.
 
"General Kurilla ABŞ və İsrail arasında hərbi tərəfdaşlığın sarsılmaz olduğunu təsdiq edib", - bu barədə ABŞ Mərkəzi Komandanlığının rəsmi bəyanatında deyilir.
 
Yaxın Şərqə səfəri gedişində general Kurilla həmçinin İordaniya, Suriya, İraq və Livanı ziyarət edib.
 
O cümlədən Livanda Kurilla Beyrutu ziyarət edərək, "Hizbullah" ilə İsrail arasında döyüş əməliyyatlarının dayandırılmasına yönələn atəşkəs sazişinə uyğun olaraq İsrail qüvvələrinin Livanın cənubundan çıxarılmasını izləyib.
Link kopyalandı!
Son xəbərlər