Ekskluziv
328
15:39, Bu gün

"Bəşər Əsəd öz ordusunun hərbi gücü barədə yalan danışıb " - "Reuters"

 
"Ölkədən qaçışından öncə Əsəd suriyalı hərbçilərə "möhkəm dayanmağı" əmr edib..."
 
Suriyanın sabiq prezidenti Bəşər Əsəd üsyan başlanandan ölkədən qaçmağı planlaşdırdığı barədə, demək olar ki, heç kimə məlumat verməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Moskvaya qaçışından bir neçə saat öncə Əsəd təxminən 30 nəfər ordu komandiri və təhlükəsizlik xidmətləri rəhbərləri ilə görüşüb.
 
O, əmin edib ki, Rusiyanın hərbi yardımı artıq Suriyaya istiqamətlənib və hərbçilərə "möhkəm dayanmağı" əmr edib.
 
Əsədin yaxın ətrafında olan köməkçisi deyib ki, dekabrın 7-də Əsəd öz menecerinə evə getdiyini iddia edib, əslində isə hava limanına yollanıb.
 
Bəlli olub ki, Əsəd qaçışı barədə öz kiçik qardaşı, ordunun 4-cü zirehli tank diviziyasının komandanı Mahiri də xəbərdar etməyib. Lakin agentliyin həmsöhbətlərindən biri deyib ki, Mahir helikopterlə İraqa, oradan isə Rusiyaya uçub.
 
Əsədin özü bazar günü, dekabrın 8-də Dəməşqdən qaçıb, söndürülmüş transponderlə radarların təsir zonasından kənardakı məkanda uçub. 
 
Əvvəlcə Rusiyanın Latakiya şəhərindəki Xmeymim aviasiya bazasına eniş edib, oradan isə Moskvaya uçub. Onun həyat yoldaşı və üç övladı Rusiya mehmanxanalarının birində onu gözləyib, məlumatda deyilir.
Link kopyalandı!
Son xəbərlər