Ronaldo kimi futbol ulduzu olmaq istəyən fələstinli oğlanı İsrail öldürdü...-FOTO
1470
14 Dec 2024 | 09:36

Ronaldo kimi futbol ulduzu olmaq istəyən fələstinli oğlanı İsrail öldürdü...-FOTO

İsrail əsgərləri Hebron yaxınlığındakı meşədə oynayan 14 yaşlı Naci əl-Baba və onun dostlarına atəş açıb...
 
Dünyadakı bir çox uşaqlar kimi Naci əl-Baba da “eynən Ronaldo kimi” dünyada tanınmış futbolçu olmağı xəyal edirdi. Fəqət, onun taleyi "nicat tapan, sağ qalan" mənasını verən adı kimi olmadı. Bu, işğal altındakı Qərb Sahilində doğulmuş bir oğlanın taleyi idi...
Moderator.az xəbər verir ki, “Əl-Cəzirə”nin yayımladığı acı hekayətdə belə deyilir.
 
14 yaşlı bir yeniyetmə üçün ucaboy olan Naci həmişə gülümsəyirdi və ailəsi onun mehribanlığını, sakitliyini və ətrafdakı hər kəsə köməkliyini xatırlayır.
 
O, futbola həvəsli idi - Hebronun(ərəb. adı Əl-Xəlil- S.L.) şimalında, Halhuldakı idman klubunda saatlarla məşq edirdi.
 
Məktəbdən sonra məhəllə uşaqları ilə futbol oynamağı sevən adi bir oğlan...
Anası Samahar əz-Zamara Nacinin ondan daha ucaboy olduğunu anladığı anı xatırlayır.  Deyir ki, o, heç vaxt dostunun və ya sevilən birinin xahişini rədd etməmişdi...
 
"O, yaşından əvvəl böyüdü.O, bizi tərk edəndə hiss etdim ki, heç vaxt geri ala bilməyəcəyimiz bir parçamı itirmişəm” ,– 40 yaşlı ananın bu sözləri ürək parçalayır.. 
Noyabrın 3-də Naci sevdiyi işi görərkən - dostları ilə Hebron yaxınlığındakı meşədə futbol oynayarkən İsrail əsgərləri tərəfindən açılan atəşlə öldürülüb... 
Onun günahı nə idi?..
Allah bütün dünyadakı günahsız savaş qurbanları kimi Naciyə də rəhmət eləsin!.. 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər