Moskvada Bəşər Əsədi Ukrayna ərazisində yerləşdirmək təklif edildi...-NƏ ÜÇÜN?..
Ekskluziv
814
08:53, Bu gün

Moskvada Bəşər Əsədi Ukrayna ərazisində yerləşdirmək təklif edildi...-NƏ ÜÇÜN?..

Rusiya Dövlət Dumasının üzvü Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Donbasın bərpasına kömək edə bilməsi üçün onu işğal olunmuş Mariupolda yerləşdirməyi təklif edib. 
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu ideyanı Dövlət Dumasının deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Kuznetsov irəli sürməyi təklif edir. O bildirib ki, Əsəd ailəsi şəhərdə yeni binada məskunlaşa və bölgənin yenidən qurulması ilə məşğul olmağa başlaya bilər.
 
Duma üzvü bu barədə “Gazeta.ru”ya müsahibəsində danışıb.
 
Kuznetsov onu da qeyd edib ki, o zaman Donbasın bərpasına verdiyi töhfəyə görə Əsədə Rusiya vətəndaşlığının verilməsi məsələsinə baxıla bilər.
 
Deputat aydınlaşdırıb ki, Əsəd və ailəsi Donbasın döyüşlərdən zərər çəkmiş rayonlarından birini öz nəzarətinə götürə, həmçinin Dostoyevskinin əsərləri əsasında film çəkən rejissor Emir Kusturitsanın layihəsində iştirak edə bilər.
 
Bundan əlavə, Kuznetsov belə bir fikir də bildirib ki, Əsəd özünü yaxşı tərəfdən göstərsə, o zaman ona Rusiya vətəndaşlığı verilməlidir.
 
Bundan əvvəl media Əsədin Moskvada mümkün yerləşdirilməsini müzakirə edib. "Bild" tabloidi Suriya diktatorunun Moskva şəhərinin elit mənzillərində mümkün yerləşdirilməsi barədə məlumat yayıb. Və "Financial Times" yazıb ki, Bəşər Əsəd son altı ildə bu kompleksdə artıq 18 dəbdəbəli mənzili təxminən 40 milyon dollara alıb
Link kopyalandı!
Son xəbərlər