Ekskluziv
574
13:36, Bu gün

"Tramp İrana zərbələr endirilməsi imkanını nəzərdən keçirir" - "The Wall Street Journal"

 
"ABŞ İranın nüvə obyektlərinə zərbələr endirəcək, yoxsa hərbi güclə təhdid edəcək?.."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə silahı istehsalını davam etdirilməsinin qarşısının alınması və nüvə proqramının pozulması üçün hücumlar imkanlarını nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
 
Bu gün Tehranın Suriyada müttəfiqi olan prezident Bəşər Əsəd rejiminin süqutu fonunda onun keçid komandasının bəzi üzvləri tərəfindən İranın nüvə obyektlərinə havadan hücumlar variantı daha ciddi şəkildə nəzərdən keçirilir.  İranın regionda mövqelərinin zəifləməsi kəskin daxili diskusiyalara səbəb olub.
 
Tramp bu günlər İsrail baş naziri Netanyahuya deyib ki, İranın nüvə silahı işləyib hazırlaması imkanından narahatdır və bunun qarşısının alınması üsullarını axtarır.
 
Tramp elə planlarda maraqlıdır ki, Amerika hərbçilərinin iştirakı ilə yeni savaşı qızışdırmasın, çünki Tehranın nüvə obyektlərinə hücumlar Birləşmiş Ştatlarla İranın potensial olaraq toqquşmasına gətirib çıxara bilər.
 
Bunun birinci variantı Amerikanın daha çox qoşunları, hərbi təyyarələri və gəmilərinin Yaxın Şərqə göndərilməsi ilə hərbi təzyiqin gücləndirilməsidir. Birləşmiş Ştatlar həmçinin İsrailə, məsələn, bunkerlərin dağıdılması üçün bombalar kimi müasir silahlar sata bilər.
 
Hərbi gücdən istifadə ilə təhdid İran iqtisadiyyatını iflic edəcək Amerika sanksiyaları ilə birlikdə İranı diplomatik qərarlara sövq edə bilər.
 
İkinci variant hərbi güclə təhdiddir. Tramp bu strategiyadan özünün birinci prezidentlik dönəmində Şimali Koreyaya qarşı istifadə edib, hərçənd, uğursuzluğa düçar olub.
 
Bu yaxınlarda Trampa İranla müharibənin mümkünlüyü barədə birbaşa sual ünvanlanıb və o, cavabında "Hər şey ola bilər" deyib.
Link kopyalandı!
Son xəbərlər