Ekskluziv
404
12:40, Bu gün

"NATO gələcək müharibəyə hazırlaşmalıdır" - Mark Rütte

 
"Rusiya Ukrayna və Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşır, təhlükə böyük sürətlə bizə tərəf yönəlməkdədir..."
 
Bu gün NATO üzvləri üçün bilavasitə hərbi təhlükə yoxdur, lakin Alyans 4-5 ildən sonra baş verəcək hadisələrə hazır deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rütte Brüsseldə çıxışı zamanı bəyan edib. Məlumatı "golosameriki.com" nəşri yayıb.
 
O, xatırladıb ki, NATO artıq öz müdafiə xərclərini artırıb və öz hərbi imkanlarını gücləndirməkdə davam edir. 
 
"Bütün bunlara görə bizim çəkindirmə gücümüz hələ ki, yaxşıdır. Lakin məni narahat edən sabahkı günümüzdür. Biz 4-5 ildən sonra baş verəcək hadisələrə hazır deyilik. Təhlükə böyük sürətlə bizə tərəf yönəlməkdədir. Biz başqa tərəfə boylanmalı deyilik. Biz bu təhlükə ilə üz-üzə gələcəyik. Ukraynada baş verənlər burada da baş verə bilər".
 
Rütte müharibə dövrünün təfəkkürünə keçməyi təklif edib, əks halda Alyans üzvləri müharibənin nəticəsindən asılı olmayaraq təhlükəsiz şəraitdə olmayacaq.
 
O, əlavə edib ki, Moskva Ukrayna və Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşır, bunu Rusiya iqtusadiyyatının hərbi relslərə keçirilməsi və onun Çin, İran və Şimali Koreya ilə əməkdaşlığı sübut edir.
 
Rütte bəyan edib ki, müdafiəyə gələcək məsrəflər Alyansın indiki ÜDM-in 2 faizlik göstəricisi hədəfindən xeyli çox olmalıdır. "Soyuq müharibə" dönəmində avropalılar müdafiəyə öz ÜDM-nin 3 faizindən çoxunu xərcləyib. Bizə 2 faizdən çoxunu xərcləmək lazım gələcək".
Link kopyalandı!
Son xəbərlər