Bizi sosial şəbəkələrdən izləyin:
"Tramp Ukraynanın NATO üzvlüyünü dəstəkləmir, lakin onun güclü və yaxşı silahlanmış olduğunu istəyir..."
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ötən həftə Avropaya səfəri zamanı Ukraynada müharibənin dayandırılması üzrə ilkin səylərinin konturları görünməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Məlumatda deyilir ki, Tramp atəşkəs rejiminə riayət edilməsinə nəzarət üçün Ukraynada Avropa qoşunlarının yerləşdirilməsini təklif edib.
Qeyd edilir ki, Kiyevə atəşkəsə nəzarət üçün qoşunlarla və Rusiyanın çəkindirilməsi üçün silahla dəstək üzrə yükün böyük hissəsini Avropa öz üzərinə götürməli olacaq.
Parisdə dekabrın 7-də görüş zamanı Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makrona deyib ki, Ukraynanın Şimali Atlantika Alyansında üzvlüyünü dəstəkləmir. Lakin bu zaman o, istəyir ki, döyüş əməliyyatlarının dayandrılmasından sonra istənilən halda Ukrayna güclü, yaxşı silahlanmış olsun.
Tramp qeyd edib ki, Avropa Ukraynanın müdafiəsi və dəstəklənməsində başlıca rol oynamalıdır və istərdi ki, Avropa qoşunları Ukraynada atəşkəsə nəzarət edilməsində iştirak etsin. Məmurların sözlərinə görə, o, ABŞ-ın belə sazişi dəstəkləyəcəyini istisna etmir, hərçənd, Amerika qoşunları burada iştirak etməyəcək.
Tramp həmçinin çinliləri müharibənin dayandırılması üçün Kremlə təzyiq göstərməyə məcbur etmək üçün daha çox iş görməyə çağırış edib. Onlar Pekinin buna razı olmayacağı təqdirdə Çin üçün tariflərdən istifadə edilməsini müzakirə edib.