Bizi sosial şəbəkələrdən izləyin:
"Gürcü arzusu” prezident Salome Zurabişvilidən “qara paltarda” qisas almaq qərarına gəldi - prezident sarayında istilik sistemi söndürülüb.
Moderator.az "Qruziya Onlayan" nəşrinə istinadla xəbər verir ki, bunu “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze “Pirveli” telekanalının efirində deyib.
Xazaradzenin sözlərinə görə, hazırda prezident sarayında cəmi iki otaq qızdırılır.
“Prezident Salome Zurabişvili 90-cı illərdəki kimi elektrik qızdırıcıları ilə isinir”, - Xazaradze belə deyib.
S.Laçın