Avropa Parlamentinin deputatları da Tiflisdəki etiraz aksiyalarına qoşuldu...-FOTO
2071
13 Dec 2024 | 07:53

Avropa Parlamentinin deputatları da Tiflisdəki etiraz aksiyalarına qoşuldu...-FOTO

Gürcüstan paytaxtında Rustaveli prospektində, parlament binasının yaxınlığında etiraz aksiyaları davam edir. Mitinqə bu yaxınlarda Gürcüstana gəlmiş avropalı parlamentarilər, o cümlədən Rasa Yuknyaviçene, Mixal Şerba, Tobias Kremer və Sergey Laqodinski də qoşulub.
 
Moderator.az-ın "Qruziya Onlayn" nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki,  vətəndaşlar Avropa Parlamentinin üzvlərini alqışlarla qarşılayıblar. Mitinqdə deputatlar Avropa İttifaqının və Gürcüstanın bayraqlarını dalğalandırıblar.
 
Artıq 16-cı gündür ki, Rustaveli prospektinə toplaşan mitinq iştirakçıları “Gürcü Arzusu”nun  avrointeqrasiyanın 2028-ci ilədək  dondurmaq haqda 28 noyabr qərarına etiraz edərək, yeni seçkilərin keçirilməsi tələbi ilə çıxış edirlər. Etirazçılar mitinqlərdə saxlanılanların da azad edilməsini tələb edirlər.
 
"Newsgeorgiya" portalının yazdığına görə, Tiflisdə səfərdə olan Avropa Parlamentinin nümayəndə heyətinin üzvləri yeni parlament seçkilərini Gürcüstandakı siyasi böhrandan yeganə çıxış yolu hesab edirlər. Nümayəndə heyətinə 7 deputat, müxtəlif siyasi qrupların, o cümlədən Avropa Xalq Partiyası və Yeni Avropanın nümayəndələri daxil olub. Dünən onlar Gürcüstan prezidenti Salome Zurabişvili, müxalifət koalisiyaları, QHT və KİV nümayəndələri ilə görüşlər keçiriblər.

Prezident və digər siyasilərlə danışıqlar qapalı keçirilib. Jurnalistlərə şərhlərində avropalı siyasətçilər insan haqlarının pozulmasından, hakimiyyət tərəfindən etirazların yatırılmasından narahat olduqlarını bildiriblər, zərər çəkənləri dəstəklədiklərini bildiriblər və Avropa İttifaqından daha qətiyyətli cavab verilməsinin vacibliyini vurğulayıblar.

 “Biz Gürcüstanı Avropanın gələcəyinə can atan ölkə kimi dəstəkləmək üçün buradayıq. Biz hakimiyyəti Avropa standartlarına uyğun olaraq azad və ədalətli təkrar seçkilər keçirməyə çağırırıq”, - deyə Avropa Parlamentinin litvalı üzvü Rasa Yuknyaviçene vurğulayıb.

S.Laçın
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər