“Bizim ölümümüz başqa bir həyatın başlanğıcı ola bilər” - Professordan çağırış
Ekskluziv
294
19:19, Bu gün

“Bizim ölümümüz başqa bir həyatın başlanğıcı ola bilər” - Professordan çağırış

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı 3 dəfə artıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Maraqlıdır, mütəxəssislər məlum tendensiyanı necə dəyərləndirir? İnsanları donor olmağa həvəsləndirmək üçün geniş təbliğat işi aparılmalıdırmı?

 

Moderator.az-a açıqlama verən professor Adil Qeybulla mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Düşünürəm ki, bizdə bu proses hələ lazımi səviyyəyə çatmayıb. Bizim ən ciddi problemimiz odur ki, donor bankı haqqında, donor haqında qanun olsa da, donor mənbəyi məsləsi həll edilməmiş qalır. Qeyd edim ki, beyin ölümü keçirmiş şəxs praktiki ağlam şəxs hesab olunur və donor mənbəyi sayılır. Bizdə insanlar donor olmağa hazır olmasalar, biz donor bankı yarada bilməyəcəyik. Donor bankı olmayan ölkədə isə transplantasiya sistemli xarakter ala bilməz.

 

Buna görə də insanları donor olmağa təşviq edən təbliğati iş geniş şəkildə həyata keçirilməlidir. İnsanlarda mərhəmət hissi formalaşmalıdır. Çalışmalıyıq ki, insanlar bu məsələyə tamamilə fərqli yanaşsın. Anlasın ki, dünyasını dəyişən şəxs başqa bir həyata başlanğıc verə bilər.

 

Nə qədər ki, insanlar bu rellığı dərk etməyib, nə qədər ki, insanların içindəki mərhəmət hissi bu səviyyəyə yüksəlməyib, donorlarla bağlı qanun yetərincə fəaliyyət göstərə bilməz. Bu səbəbdən də maarifləndirmə işi davam etdirilməlidir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər