Gürcüstanda iqtidar tərəfdarı müəlliməni avropapərəst mövqeyinə görə bıçaqladı...-FOTO
1872
12 Dec 2024 | 17:57

Gürcüstanda iqtidar tərəfdarı müəlliməni avropapərəst mövqeyinə görə bıçaqladı...-FOTO

Dünən Kazreti kəndində naməlum şəxs dövlət məktəbinin müəlliminə hücum edərək, onun sifətinə bıçaqla xəsarət yetirib.
 
Moderator.az bu haqda  "Qruziyaonlayn" nəşrinə istinadla xəbər verir.  
 
Məlumata görə, 30 yaşlı Pikriya Epitaşviliyə arxadan hücum edilib.
 
"Sənin kimi agentlərlə dolu olan sevimli Avropana rədd ol!" – deyərək naməlum şəxs onu yaralayıb.
 
Qeyd edilir ki, son günlər hakim  “Gürcü arzusu”  partiyası ilə əlaqəsi olan şəxslərin rejimi tənqid edən vətəndaşlara fiziki təzyiqlər göstərməsi halları çoxalıb.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər