"Dünya liderləri prezident Trampla görüşmək üçün növbəyə düzülür, çünki o, tezliklə hakimiyyətə dönəcək və Amerikanın gücü ilə bütün dünyada sülhü bərpa edəcək..."
Donald Tramp yanvar ayında keçiriləcək andiçmə mərasiminə Çin sədri Si Tszinpini dəvət edib.
Moderator.az xəbər verir ki, bu barədə Amerika KİV-ləri gələcək prezidentin ətrafında olan çoxsaylı mənbələrə istinadən məlumat verib. Məlumatı "hromadske.ua" nəşri yayıb.
Bundan öncə mətbuatda belə bir məlumat yayılıb ki, administrasiya son on ildə, o cümlədən Trampın birinci prezidentlik dönəmində ABŞ və Çin arasında xeyli korlanmış münasibətlərə "yenidən baxmaq" niyyətindədir.
2018-ci ildən Tramp çinlilərə ticarət savaşı elan edib, Çin məhsuluna rüsumlar tətbiq edib və Amerika istehsalçılarını Çindən çıxarmağa başlayıb.
"Xuavey" şirkəti (o cümlədən onun maliyyə direktoru Men Vançjounun Kanadada Amerika hakimiyyətinin sorğusu əsasında həbsi daxil olmaqla) və Çinin digər korporasiyalarına qarşı repressiyalar başlayıb.
Tramp həmçinin Çini hərbi fəaliyyətlərlə təhdid edib, bu zaman Pentaqon rəhbərliyi Pekinə zəng edib və prezidentin təhdidlərinin "qeyri-ciddi" olduğunu izah edib.
Si Tszinpinin andiçmə mərasiminə dəvət edilməsinin münasibətlərin istiləşməsinin əlaməti olduğu aydın deyil. Özünün əvvəlki prezidentlik dönəmində Tramp bir neçə dəfə Çin lideri ilə görüşüb, o cümlədən özü Pekinə uçub, lakin ölkələr arasında münasibətlər istiləşməyib.
Ola bilsin ki, söhbət, çox güman ki, Amerkanın gələcək prezidentinin hesab etdiyi "fəxri rəqibə" hörmət əlamətindən gedir. Həm də Tramp çoxdandır ki, iki lider arasında sıx münasibətlərin beynəlxalq sövdələşmələr üçün açar rolunu oynadığını hesab edir.
Si Tszinpindən başqa, andiçmə mərasiminə həmçinin Macarıstan baş naziri Viktor Orban da dəvət edilə bilər. "CBS News" nəşrinin mənbələri iddia edir ki, Macarıstanın hökumət başçısı belə planlar üzərində "hələ də düşünməkdədir".
"Dünya liderləri prezident Trampla görüşmək üçün növbəyə düzülür, çünki onlar bilir ki, o, tezliklə hakimiyyətə dönəcək və Amerikanın gücü ilə bütün dünyada sülhü bərpa edəcək", - bunu Trampın mətbuat katibi Karolina Levitt bəyan edib.
Nəşr yazır ki, adətən, andiçmə mərasiminə səfirlər və diplomatlar dəvət edilir, lakin digər dövlət başçıları ABŞ-da hakimiyyətin təhvil verilməsində hələ heç vaxt iştirak etməyib.
Qeyd edək ki, ABŞ prezidenti seçkilərinin rəsmi nəticələri 2025-ci il yanvarın 6-da Konqresin yeni tərkibi tərəfindən təsdiq ediləcək, andiçmə mərasimi ənənəvi olaraq yanvarın 20-nə təyin edilib.
Ötən həftə Tramp özünün ilk xarici səfərini Fransaya edib, orada Fransa və Ukrayna prezidentləri ilə görüşüb və təmirdən sonra Parisdə Notr-Dam de Pari Kilsəsinin açılış mərasimində iştirak edib.