"İşğalçı Rusiyadan hər bir hərbi cinayətinə görə ədalətli qisas alınacaq..."
Dekabrın 11-nə keçən gecə Rusiyanın bir neçə regionlarında partlayışlar baş verib. Belə ki, Bryanskda "Rosneft" bazasına hücum edilib və yanğın baş verib. Bundan başqa, Taqanroq şəhəri raket atəşinə məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Rostov vilayəti hakimiyyəti bəyan edib ki, hücum nəticəsində sənaye müəssisəsi zədələnib və 14 maşın yanıb. Bundan başqa, Taqanroq meri dəqiqləşdirib ki, qazanxana zədələnib, nəticədə 27 çoxmərtəbəli yaşayış binasında istilik kəsilib.
Eyni zamanda "Astra" nəşri yazıb ki, yerli sakinlərin iddia etdiyinə görə, hücumun hədəfi Q.M. Beriyev adıha Taqanroq elmi-tədqiqat aviasiya kompleksi olub. Həmçinin Telegram-kanallar yazır ki, zavod istiqamətinə çoxsaylı yanğınsöndürən maşın yönəlib.
Taqanroqa hücum
Bu, aviasiya zavoduna ilk hücum deyil. 2024-cü ilin yazında Ukrayna dronları bu zavoda hücum edib.
Aviasiya eksperti Anatoli Xrapçinski o zaman qeyd edib ki, bu kompleks İl-76 təyyarələrini radiolokasiya aşkaretmə avadanlığı ilə təchiz edib A-50 və A-100 təyyarələri bu kompleks avadanlıq ilə təchiz edilərək onların yaddaşına montaj edilib.
Bu gecə həmçinin pilotsuz uçuş aparatları ilə Bryansk şəhəri hücuma məruz qalıb. Hücumdan sonra Rusiyanın "Transneft" magistral neft kəmərləri operatorunun neft emalı zavodunun ərazisində yanğın başlayıb.
Rusiyadakı obyektlərə hücumlar düşmən logistikasına ziyan vurur
Ukrayna Müdafiə Nazirıliyi Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, dekabrın 5-də Bryansk vilayətində Ukraynada müharibədə istifadə edilən iki magistral teplovoz yanıb. Bunlar Rusiya işğalçı ordusunun logistika tələbatlarını təmin edib.
"İşğalçı dövlət tərəfindən Ukraynaya qarşı soyqırım müharibəsində istifadə edilən obyektlərin məhv edilməsi və ya sıradan çıxarılması prosesi davam edir", - məlumatda deyilib.
Baş Kəşfiyyat İdarəsi xatırladıb ki, işğalçı Rusiyadan hər bir hərbi cinayətinə görə ədalətli qisas alınacaq. Ukrayna pilotsuz uçuş aparatlarının zərbələri Rusiyaya təsirsiz ötüşmür. "Statistikaya görə, istehsalın üçdə bir hissəsi bu və ya digər dərəcədə məhv edilib", - bunu İdarənin nümayəndəsi Andrey Yusov qeyd edib.