Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin üzdəniraq “deputat”ları dünən İrəvanda keçmiş qondarma “artsax respublikası”nın “müstəqilliyi” haqqında “referendum”un 33-cü ildönümü və “konstitusiya”nın qəbul edilməsinin 18-ci ildönümü münasibətilə qondarma “parlament”in qapalı iclasını keçiriblər.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
Məlumatdan bəlli olur ki, iclasda Ermənistan parlamentinin müxalif deputatları,- yəqin ki, Xocalı caniləri Robert Köçəryan və Serjik Sərkisyanın tərəfdarları olanlar, - çıxış ediblər. Qanunsuz tədbirdə həmçinin revanşist, irqçi xislətli “din” xadimi, Ermənistanda Rusiyanın planlarını həyata keçirməyə çalışan arxiyepiskop Baqrat da iştirak edib.
İclasda BMT-yə üzv dövlətlərə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə “artsaxın “müstəqilliyi”nin və onun “konstitusiyası”nın tanınması ilə bağlı həyasız müraciət qəbul edilib.
Xatırladaq ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan ordusunun bir sutkalıq lokal əməliyyatı nəticəsində Xankəndindəki qondarma rejim çöküb, onun bir sıra əsas liderləri həbs olunaraq Bakıya gətirilib, digər rəhbər və məmurları, generalları isə Rusiya “sülhməramlı”larının dəstəyi ilə Ermənistana qaça bilib...
S.Laçın