Bizi sosial şəbəkələrdən izləyin:
“Hazırda satışda qida üçün yararlı bananlar olsa da, eyni zamanda texniki banan kimi tanınan plantain məhsulları da var. Bir çox insanlar artıq bu məhsulu bir-birindən seçə bilir. Ancaq ilk vaxtlarda Azərbaycana gətirilən bananlar var idi ki, bunlar texniki, bəzən də plantain olurdu. İnsanlar bunu təbii banandan seçə bilmirdilər”
Bunu
Moderator.az -a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O daha sonra əlavə edib:
“Texniki bananlar daha çox heyvan yemi üçün nəzərdə tutulub. Tərkibi nişasta ilə zəngindir. Eyni zamanda tərkibində vitamin və minerallar normal banana nisbətən fərqli dəyərlərdə mövcuddur. Tərkibində daha çox kalium var ki, kalium da ürək-damar xəstəlikləri üçün faydalıdır. Eyni zamanda maqnezium və fosfor da var ki, bu da normal banana görə fərqlidir. İnkişafda olan bir orqanizm üçün, kalsium dəyəri də fərqli olduğuna görə yumuşaq sümüklərin daha çox inkişaf etməsinə, böyüməsinə səbəb olur ki, bu halda genetik alışmayan bir orqanizmi bananla qidalandırdıqda təbii ki, onun inkişafında fərqlər özünü göstərəcək. İnsanların burnu böyüyə bilər.
Digər bir məqam isə ondan ibarətdir ki, təbii yeyilmə üçün nəzərdə tutulan banan daha çox şəkərlə və insan orqanizminə fayda verəcək vitamin və mineralla zəngindir. Eyni zamanda lifli qida olduğuna görə həzm prossesini yaxşılaşdırmağa kömək edir. Plantain bananın normal banandan ölçüsü daha böyük olur, daha az şirin olur, nişasta ilə zəngin olur. Bunu bişirmədən yemək mümkün deyil. Bişirdikdə bəzən qızardılmış və yaxud çipslər şəklində də hazırlanır. Ona görə mütləq şəkildə bu məhsulu alarkən üzərindəki etiketdə mütləq şəkildə banan və plantain olmasına diqqət etmək lazımdır” deyə qida eksperti bildirib.