“Ədəbiyyatın inkişafı milli şüurun da inkişafına səbəb olur”.
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. Xalq şairi bildirib ki, inkişaf etmiş ədəbiyyata malik xalqlarda milli şüurun inkişaf səviyyəsi də yüksək olur:
“Ədəbiyyat, onun inkişaf tempi mütləq şəkildə xalqın milli şüuuna, milli dərrakəsinə təsir göstərir. İnkişaf etmiş ədəbiyyata malik olan xalqlara nəzər salsaq görərik ki, onlarda milli şüur da yüksək səviyyədə inkişaf edib. Bu baxımdan, ədəbiyyatın inkişafına həm də milli şurun, milli təfəkkürün inkişafı vasitəsi kimi də baxmaq olar.
Bu baxımdan, ədəbiyyatın inkişafını diqqət mərkəzində saxlamalı, bu inkişafa mane olan problemlərin həlli istiqamətində sistemli addımlar atmalıyıq. Ədəbiyyatımız nə qədər inkişaf edərsə, milli şüurumuzun inkişafı istiqamətində də o qədər böyük uğura nail olarıq”.
Seymur ƏLİYEV