Bizi sosial şəbəkələrdən izləyin:
"Ukrayna prezidenti Vladimir Zelenski sülhə nail olmaq istəyir və Rusiya prezidenti Vladimir Putin “uduzduğu üçün bunu etməyin vaxtı olduğunu düşünməlidir”.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “The Post”a müsahibəsində bildirib.
Tramp prezident seçkilərində qalib gəldikdən sonra ilk xarici səfərində dünya liderləri ilə apardığı danışıqların, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Zelenski ilə üçtərəfli görüşün təfərrüatlarını açıqlayıb.
ABŞ-ın yeni seçilmiş prezidentinin dediyi kimi, Zelenski “sülh bağlamaq istəyir”.
"O, atəşkəs istəyir, sülh istəyir. Biz təfərrüatları danışmamışıq. O, vaxtın çatdığını düşünür və Putin də uduzduğu üçün vaxtın çatdığını düşünməlidir, Siz 700 min insan itirmisinizsə, deməli, artıq vaxtdır. Sülh olana qədər bu, bitməyəcək ”, - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, bir gün əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində "Zelenski ilə Ukrayna müqavilə bağlamaq və bu ağılsızlığı durdurmaq istəyərlər” yazmışdı. ABŞ prezidenti vurğulayıb ki, dərhal atəşkəs əldə olunmalı və danışıqlara başlanmalıdır...