3086
09 Dec 2024 | 07:51

"Rusiya  hətta Əsədə kömək edə bilmədi, siz nəyə ümid edirsiniz?!.."

“Yanukoviç də Yeni il küknarı qurdu və həmçinin etirazçılara maska ​​taxmağı qadağan edən repressiv qanunlar qəbul etdi..."
 
"Rusiya  hətta Əsədə kömək edə bilmədi, siz nəyə ümid edirsiniz?!.".
 
Moderator.az "Qruziya onlayn" nəşrinə istinadla xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.
 
Onun sözlərinə görə, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç də  xalqın ona qarşı ayağa qalxmasından sonra Kiyevdə Yeni il küknarı qurur və repressiv qanunlar qəbul edirdi.
 
“Yanukoviç də Yeni il küknarı qurdu və həmçinin etirazçılara maska ​​taxmağı qadağan edən repressiv qanunlar qəbul etdi.
Rusiya Əsədə belə, kömək edə bilmədi, siz nəyə ümid edirsiniz?”, - deyə Gürcüstanın keçmiş prezidenti sual edir.
 
Xatırladaq ki, dünən - dekabrın 8-də Gürcüstanın baş naziri İrakli Kobaxidze  kütləvi etirazlar zamanı etirazçıların müxtəlif yollarla üzlərinin gizlədilməsini qadağan edən qanun qəbul edəcəklərini bəyan edib.
S.Laçın
Link kopyalandı!
Son xəbərlər