Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxs zirehli yolsuzluq avtomobili ilə camaatın yanına gəlib və təxribat törədib.
Videoda əlində odlu silah olan başqa bir kişi də görünüb. Onu Mikadzenin şəxsi mühafizəçisi hesab edirlər. Münaqişə zamanı o, əlini silahda saxlayaraq kütləni geri çəkilməyə vadar edib. "TV Pirveli"nin məlumatına görə, cangüdən Şimali Qafqazlı ola bilər. Sosial şəbəkələrdə onun Pankisi dərəsinin sakini olması versiyası da yayılıb.
"Tituşka"lar (ukrayınca) - 2013-cü ilin mayında Ukraynada yaranmış ümumiləşdirici termindir. Əsasən kütləvi etirazlar zamanı yerli hakimiyyət orqanları tərəfindən zorakı təxribatlar, davalar və fiziki gücdən istifadə etməklə digər hərəkətlər təşkil etmək üçün təhrikçi və muzdlu kimi gizli istifadə olunan gəncləri adlandırmaq üçün işlədilir. "Tituşka"ların fərqli xüsusiyyəti onların yerli hökumət strukturları tərəfindən dəstəklənməsi və nəticədə cəzasız qalmaları və hüquq-mühafizə orqanları tərəfindən himayə olunmalarına zəmanət verilməsidir...