Ekskluziv
1494
07 Dec 2024 | 07:52

"Azadlıq və Avropa gələcəyi uğrunda mübarizə aparan gürcülər amansız terror və repressiyaların 9-cu gününü qarşılayır..." 

Gürcüstan prezidenti Tiflisin Rustaveli prospektində mitinqin dağıdılmasını şərh edib və “Gürcü arzusu”na müraciət ünvanlayıb:
 
Moderator.az bu haqda "Qruziya onlayn" nəşrinə istinadla xəbər verir. 
 
" "Küçələrdə zorakılıq dayanıbsa", o zaman bugünkü amansız repressiyaların nə mənası var? Uşaqları analardan oğurlamaq? Qadınlardan qisas almaq?" - yazırdı.
 
Prezident bundan əvvəl isə belə yazıb:
 
“Azadlıq və Avropa gələcəyi uğrunda mübarizə aparan gürcülər amansız terror və repressiyaların 9-cu gününü qarşılayır. Fundamental insan hüquqlarının kobud şəkildə pozulması - adam oğurluğu, döyülmə, qanunsuz axtarışlar və həbslər davam edir”.
 
Qeyd edək ki, dekabrın 6-dan 7-ə keçən gecə Gürcüstan paytaxtında hakimiyyətə qarşı etiraz növbəti dəfə zorakılıqla dağıdılıb.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər