“Böyük ədəbiyyat”ın dövlətin qayğısına ehtiyacı var”
Ekskluziv
1772
06 Dec 2024 | 20:23

“Böyük ədəbiyyat”ın dövlətin qayğısına ehtiyacı var”

“Alınan əsərlərin statistikası göstərir ki, bunların çoxu cəmiyyətin  inkişafına təsir göstərən əsərlər deyil. Həmin əsərlərin çoxu əyləndirici və ya ümumi maraq doğuran əsərlərdir”.

 

Bunu Moderator.az-a açıqlamasında akademik Nizami Cəfərov bildirib. Akademik qeyd edib ki, aparılan müşahidələr göstərir ki, cəmiyyətin önəmli bir qismi “yaxşı” və “pis” ədəbiyyat arasında fərqi müəyyən edə bilmir:

 

“Hələlik bizim cəmiyyətimiz o vəziyyətdə deyil ki, “yaxşı ədəbiyyat”ı “pis ədəbiyyat”dan seçsin və yaxşı əsərlər alınsın. Yaxşı əsərlərin alınmasından onu yazan yazıçılar gəlir əldə etsin.

 

Mövcud vəziyyət göstərir ki, hər zaman olduğu kimi bu gün də  “böyük ədəbiyyat” dövlətin himayəsində, dövlətin qayğısında olmalıdır. Bu “böyük ədəbiyyat”ın inkişafı üçün vacibdir”.

 

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər