"Suriya ordusu geri çəkilməkdə davam edir, Əsəd rejimi xaosa qərq olub..."
Suriyada hadisələr sürətlə inkişaf edir və Əsəd, İran və Rusiyadan ibarət koalisiyasının iflası getdikcə daha da aydınlaşır.
Moderator.az xəbər verir ki, bu barədə "Qolos İzrailya" ("İsrailin səsi") nəşri yazıb.
Nəşr yazır ki, Bəşər Əsədin tabeçiliyində olan Suriya ordusu öz mövqelərini itirməkdə davam edir. Qoşunlar Deyr-əz-Zordan və Fərat çayı boyunc həlledici məntəqələrdən qaçır.
Onlar bununla da əraziləri ABŞ-ın rəhbərlik etdiyi koalisiya çərçivəsində fəaliyyət göstərən Suriya Demokratik Qüvvələrinə (SDQ) təhvil vermiş olur. SDQ artıq Deyr-əz-Zorun hərbi hava limanına və bir sıra yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.
Nədən bunlar İsrail üçün əhəmiyyətlidir?
Birincisi, Deyr-əz-Zor İran üçün onilliklərlə Suriyadan Livana silah və resursların daşınması məqsədilə istifadə edilən "şiə dəhlizi"nin bir hissəsi kimi strateji cəhətdən vacib olub.
Bu rayonun itirilməsi Tehran tərəfindən qurulan bütün logistika zəncirinin iflası deməkdir. İsrail üçün bu, "Hizbullah" və digər iranyönümlü qruplaşmalar tərəfindən təhlükənin zəifləməsi deməkdir.
İkincisi, bu region neft və qazla zəngindir və uzun müddət İranın regionda əməliyyatlarına iqtisadi dəstəyi təmin edib. Bu resurslardan məhrum olmaqla İran maliyyələşmənin xeyli hissəsini itirir, bu da onun Yaxın Şərqdə təsirini zəiflədir.
Üçüncüsü, Suriya ordusunun qaçışı Əsəd, İran və Rusiyadan ibarət bütün koalisiyanı sarsıdır. Bu, İsrailin ABŞ kimi müttəfiqləri üçün imkanlar yaradır, belə ki, onlara regionda öz mövqelərini möhkəmləndirməyə imkan verir, eyni zamanda İsrailin şimalında yeni hərbi münaqişələr təhlükəsini azaldır.
Suriyanın şərqi və cənubunda iflas şəraitində Əsəd rejimi qoşunlarını Dəməşq tərəfə çəkir. Bu hərəkətlər paytaxt uğrunda yaxınlaşan döyüş qarşısında qorxunu göstərir. Əsədin zəifləmiş ordusu Xoms və digər həlledici regionları tərk edir, bu da xaosu gücləndirir.
Şimalda Türkiyənin dəstəklədiyi Suriya müxalifəti hücumunu davam etdirir. Culaninin başçılığı ilə bu qüvvələr artıq Xomsa yaxınlaşır və demək olar ki, güclü müqavimət olmadan hərəkət edir.
Xomsun ələ keçirilməsi rejimə həlledici zərbə ola bilər, çünki bu, Rusiyanın hərbi bazaları yerləşən Latakiya və Tartusun ələvi rayonlarının təcrid edilməsinə gətirib çıxaracaq.
Bu arada isə Türkiyənin "Cənub Cəbhəsi" koalisiyasından olan müttəfiqləri Deraa dairəsini, o cümlədən İsrail ilə 10 km aralıda yerləşən şəhərləri ələ keçirib. Bu vəziuyət İsrailin cənub sərhədlərində qüvvələrin yerləşməsində dəyişikliklərə gətirib çıxara bilər.
Suriyada hadisələr sürətlə inkişaf edir, Əsəd, İran və Rusiyadan ibarət olan koalisiyanın iflası getdikcə daha da aydınlaşır. Həlledici regionların itirilməsi rejimin perspektivlərini daha da tündləşdirir, bu da İsrail və onun müttəfiqləri üçün yeni imkanlar yaradır.